"Naftalana müailəcəyə gedəndə "Sehirli Naftalan"a getməyin. Getsəniz də özünüzlə yemək aparın".
Qlobal.az xəbər veri ki, bu fikirlər tanınmış pambıqçı fermer Əfras Əsgərova məxsusdur.
Sosial şəbəkədə istirahət mərkəzindən narazılıq edən fermer Qida Təhlükəsizliyi Agentliyini "Sehirli Naftalan"a gəlib yoxlama aparmağa da çağırıb.
Şəbəkə istifadəçilərinin bəziləri fermerin "Sehirli Naftalan" barədə olan fikirlərini dəstəkləyərək, burada xidmətin, yeməklərin keyfiyyətinin və qiymətlərin baha olmasını bildiriblər.
Qlobal.az məsələ ilə bağlı "Sehirli Naftalan"dan mövqe öyrənə bilməyib.