Naftalan şəhəri, N.Gəncəvi küçəsi 20 ünvanında fəaliyyət göstərən, “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC-yə məxsus ictimai iaşə sahəsinə baxış keçirilib.AQTA-nin verdiyi məlumata görə müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya normalarının və qaydalarının kobud şəkildə pozulması faktı aşkar edilib.
Müəssisədə dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən, qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu prinsipinə əməl olunmadığı, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən ət və ət məhsulları, süd və süd məhsulları, istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
Məsələyə münasibət bildirən həkim Vaqif Qarayev qeyd edib ki , qida təhlükəsizliyi bütün ölkələrin strateji prioritetidir. Bütün dünyada bu sahəyə nəzarət edən qurumlar var. Lakin insanın fərdi mənsuliyyəti hər şeydən öndə gəlir:
“Heç bir qurum 24 saat bir məkana nəzarət edə bilməz. Bu gün təkcə sexlərdə qapalı satış məntəqələrində deyil, küçələrdə, yol kənarlarında vaxtı keçmiş məhsulların satışına cəhd edildiyini görə bilərik. Belə hallar təbii ki yolverilməzdir. Bu sözü gedən " Möcüzəli sağlamlıq mərkəzində" AQTA tərəfindən ət və ət süd və süd məhsulları aşkarlanıb.
Bu qidalar saxlanma şəraitinə görə həssas qidalardır. Onların üstəlik vaxtı keçmiş şəkildə insanlara sırınması sadəcə vicdansızlıqdır. Diqqət etsək, görərik ki son vaxtlar mədə-bağırsaq problemlərinə görə həkimlərə müraciət edən pasientlərin sayı ciddi şəkildə artıb.
İstər uşaqlarda, istərsə də böyüklərdə. Ola bilməz ki bunların hamısında hansısa epidemiya olsun. Çox böyük ehtimalla insanlar keyfiyyətli qidalanmır. Buna da səbəb bir fərdlərin öz laqeyidliyi, bir də bu cür onların həyatı ilə oynayan vicdansız müəssisələrin mövcudluğudur.
Bunun qarşısını almaq üçün çox ciddi cərimələr olmalıdır. Hətta inzibati həbsin təyin olunması belə efekktiv ola bilər.