Axtarış...

Sədr müavini Əvəz Qocayevlə görüşsək də... - NARAZILIQ VAR...



Yeni Suraxanı rayonu, 14 İyul küçəsindəki sakinlər yol problemindən əziyyət çəkirlər. Dia-az.info-ya sakinlər adından daxil olan şikayət məktubunda bildirilir ki, sözügedən ərazidə bütün məhəllələrə asfalt örtüyü döşənsə də, 4-cü məhəllə asfaltlanmayıb. Sakinlər deyirlər ki, təxminən 500 metr məsafəni palçıqlı yolla getmək məcburiyyətində qalırlar.

Onların sözlərinə görə, yağışlı havalarda vəziyyət daha bərbad olur:

"Bütün küçələr, hətta yaşayış olmayan yerlər də asfaltlandı, amma bizim küçəmiz qaldı. Dəfələrlə aidiyyəti qurumlara müraciət etdik, şikayətlərimizi bildirdik. Amma bizim şikayətlərə baxılmadı".

AAYDA sədrinin müavini Əvəz Qocayev

Sakinlər iddia edir ki, hələ ərazilərinə asfalt çəkilərkən onlar öz küçələrinin də asfaltlanması məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyi ilə görüşüblər.

Sakinlər bildirir: "Konkret olaraq, sədr müavini Əvəz Qocayevlə görüşdük. Bizi işçisinə yönəltdi, o da quru vəd verdi. Sonradan məlum oldu ki, pul umurlar... Biz niyə dövlət adından görülməli olan işə pul verməliyik ki?"(Dia-az.info)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz