Axtarış...

“Pul versəniz, yer tapılar…” – “Funda Hospital”dan tanınmış teleaparıcıya belə dedilər


“Funda Hospital adlı tibb müəssisəsində bir həkimin qəbuluna düşmək istədim. Assistenti telefonda dedi :
– Doktorun çoxlu xəstəsi var, təəssüf ki, indi yer yoxdur. Mart ayının sonuna gələ bilərsiniz.
-Nə pis oldu. İstəyirdim daha tez olsun.

Köməkçisi tez cavab verdi :
– Sabah görüşdürə bilərəm. Amma yüz manat verəcəksiniz.
Mən təəccüblə:
-Yüz manat? Bəs dediniz yer yoxdur?
Assistenti irişərək, pul versəniz yer tapılar dedi”.
Tribunainfo.az yazır ki, bu sözləri teleaparıcı Mirsəməd yazıb. Telejurnalist daha sonra şərh bölümündə əlavə edib: “Dostlar, maraqlısı nədir. Müayinə pulludur, bunu anlayışla qarşılayırıq, yüksək ixtisaslı həkimdir, vaxtını ayırır, sizi müayinə edir, əlavə müayinəyə göndərir, məsləhət verir, dərman yazır. Xanıma deyirəm ki, mənim müayinəyə ehtiyacım yoxdur, gəlib həkimi görmək istəyirəm, bir baxsın, bəlkə heç müayinəyə, əməliyyata ehtiyac olmadı. Deyir ki, yox, əgər bura gəlsəniz 40 manat verəcəksiniz. Burda olduğunuz müddətdən asılı olmayaraq…”

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz