Axtarış...

Bu gün şəhid Novruzov Pərviz Natiq oğlunun mövlud günüdür


Pərviz Novruzov 2 fevral 2002-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Ərəbxana kənd Şəhid Mərdan Quliyev adına tam orta məktəbində təhsil almışdır. 2019-ci ildə Şamaxı Dövlət Regional Kollecinə daxil olmuş, 1-ci kursun 1-ci yarısını bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda 27 sentyabr 2020-ci ildə başlanan vətən müharibəsinə qatılan və hərbi-hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Novruzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda və Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Pərviz Novruzov ölümündən sonrab Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Qeyd etməl istəyirik ki, Vətən müharibəsinin şəhidi Pərviz Novruzov Kürdəmir rayonunun Ərəbxana kəndində dəfn olunub.


Millitv.az


Text-to-Speech

DİNLƏ






Şərh yaz