Avropa Birliyinin (AB) səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı Avropa Komissiyasının təklifini qəbul ediblər.
Bu barədə Belçikanın AB-dəki missiyası X sosial şəbəkəsindəki paylaşımında bildirib.
“AB səfirləri bloklanmış aktivlərlə bağlı mənfəətdən Ukraynanın bərpasına dəstək olmaq üçün istifadədə prinsipial razılıq əldə ediblər", - məlumatda qeyd edilib.