Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitunu məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı Hacıyev Azad Bəhmən oğludur.
Onun iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq. Əfsanə Heydərova iş üzrə hakim təyin edilib.
Azad Hacıyevin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır.
Araşdırmalarımız zamanı məlum olub ki, Azad Hacıyev institutun əməkdaşı olub. Bir müddət əvvəl işdən çıxarılıb.