Heç bir idarəetmə təcrübəsi olmadığı halda böyük bir instituta rəhbər təyin olunan (bunun necə baş verdiyindən az sonra bəhs edəcəyik), bu da azmış kimi uzun illər elm ocağında can qoyan təcrübəli əməkdaşlara qarşı savaş açaraq onları işdən uzaqlaşdıran, əvəzində özü kimi təcrübəsiz kadrları vəzifələrə təyin edən bilən C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanən “qoruyucu mələyi” haqqında cumhuriyyet.az olaraq ilginc məlumatlar əldə etmişik.
Keçmiş səhiyyə naziri O.Şirəliyevlə qohumluq əlaqələrinə güvənərək böyük bir elm-səhiyyə ocağını məhvə sürükləyən G.Dadaşova bu gün də eyni ampuladadır. Ölkə qanunlarının heçə sayıldığı, bir qrupun maraqlarına tabe edilən Kardiologiya İnstitutu Azərbaycan səhiyyəsinin alınmaz qalasına çevrilib. Bütün dünya ürək-damar xəstəliklərinin cavanlaşması prosessinin qarşısını almaq, yeni yollar, müasir müalicə üsulları axtardığı halda, ölkəmizdəki Elmi –Tədqiqat Kardiologiya İnstitutunda ürək ağrıdan mənzərə davam etməkdədir. Çünki, nə qanunlar, nə nazirlər G.Dadaşovanın “ürəyinə toxuna bilmir” .
Xatırlatmaq yerinə düşər ki, ölkənin bir nömrəli kardioloqu G.Dadaşova bu vəzifəyə keçmiş nazir O. Şirəliyevlə olan qudalığın “şirinliyi” oplaraq təyinat alıb. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyev oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə keçmiş nazir özü istəməsə də “Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalmış və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu açılmışdı.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlara görə Kardiologiya İnstitutunda aparılan son yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Hətta üzə çıxarılan nöqsanlar o qədər dəhşətli olub ki, göstərilən çabalara baxmayaraq ört-basdır etmək mümkün olmayıb. Ən acınacaqlısı odur ki, Gülnaz xanım yoxlama nəticəsində aşkarlanan nöqsanıları düzəltmək əvəzinə onları pulla batırmaq qərarına gəlib. Necə deyərlər, üzrü günahından betər olan bu əməliyyata görə isə İnstitutda kütləvi pul toplama aparılır.
Məlumatlara görə, İcbari Tibbi Sığorta Agentliyinin Hikmət adlı yüksək vəzifəli şəxsi ölkənin baş kardioloquna “ürəyini buz kimi saxlamağı” tapşırıb. Məhz onun yüksək himayədarlığı G.Dadaşovanın ölkə qanunlarına meydan oxumasına səbəb olur. Hikmət müəllimin himayədarlığı altında aparılan yoxlamanın nəticələri ört-basdır edilir, lazımi instansiyalara çatmasına imkan verilmir.
Heç kimə sirr deyil ki, qos-qoca institut G.Dadaşova və bir neçə nəfər qohumunun qazanc mənbəyinə çevrilib, sadə insanlar üçün tibbi xidmətlər əlçatmaz həddə qaldırılıb, savadlı kadrlar müxtəlif yollarla işdən uzaqlaşdırılır, dərman mafiyası at oynadır, saxta ürək əməliyyatları və arayışların verilməsi üçün bazar açılıb, amma baş verənlər heç kimin umurunda belə deyil.
Verilən məlumatlara görə, Kardiologiya institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Nəticədə Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub.İcbari tibbi sığortanın tətbiqindən sonra vəziyyətin dəyişəcəyinə ümid bəsləyənlər isə yenə də yanılıblar. Belə ki, pulsuz səhiyyə xidmətləri göstərilməli olan Kardiologiya institutunda qiymətlər bir az da bahalaşıb. Deyilənlərə görə, buradakı qiymət artımları o həddədir ki, hətta Tarif Şurası belə təəccübünü gizlətmir.
Göründüyü kimi, Kardiologiya İnstitutunda baş verənləri ürək ağrısız oxumaq olmur. Amma, nədənsə bütün bu qanunsuzluqlar, özbaşınalıqlar sanki Səhiyyə Nazirliyinin ürəyincədir. Görünür, G.Dadaşova ürək üzrə mütəxəssis olduğu üçün hamının ürəyini ram etməyi yaxşı bacarır. Yəqin bu səbəbdəndir ki, heç kim onun ürəyini qırmır. Hər halda bu işin içində böyük bir Hikmət var. Bu Hikməti çözmək isə əlaqədar qurumların vəzifəsidir! //cumhuriyyet.az//