Axtarış...

Səudiyyə Ərəbistanında ilk içki mağazası açılacaq



Səudiyyə Ərəbistanında alkoqollu içkilərin satıldığı ilk mağazanın açılması planlaşdırılır.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadda sırf qeyri-müsəlman diplomatlara xidmət göstərəcək ilk içki mağazasını açmağa hazırlaşır”, - deyə agentlik bildirir.
Mağazaya baş çəkmək üçün diplomatlar xüsusi tətbiqdən qeydiyyatdan keçməli, Krallığın Xarici İşlər Nazirliyindən giriş kodu almalı və aylıq kvotalara əməl etməlidirlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İslam dünyasının ən mühafizəkar ölkələrindən biridir. Burada həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar tərəfindən spirtli içkilərin istifadəsi tamamilə qadağandır. Qanunun pozulması ölüm cəzası ilə nəticələnə bilər.


Daha çox xəbər

Şərh yaz