Axtarış...

Rusiya - Səudiyyə "savaş"ı qızışır - Sutkada 1 milyon....



Səudiyyə Ərəbistanı Rusiya ilə “neft müharibəsi"nə yeni addım atıb.

Cebhe.info xəbər verir ki, kral ailəsi sutkada 12 milyon barel neft hasilatını daha 1 milyon barel artırıb. Beləliklə, Səudiyə Ərəbistanında sutkada 13 milyon barel neft hasil ediləcək. Bu barədə "Bloomberg" yazıb. Məlumata görə, dünyada böyük neft şirkəti kimi tanınan “Saudi Aramco” krallığın Energetika Nazirliyindən müvafiq tapşırığı artıq aldığını bildirib. Ancaq tapşırığın icra zamanı açıqlanmayıb. Bundan əvvəl sutkada hasilatın bir neçə yüz min barel artırmaq nəzərdə tutulsa da, indi rəqəm 1 milyona çatıb.

Xatırladaq ki, OPEK+ ölkələri hasilatın dondurulmasına dair sazişin uzadılmasında razılığa gəlməyib. Bu isə bazarda neft qiymətlərinə kəskin təsir edib. "Brent" markalı neftin dəyəri hər barel üçün 30 dollara qədər enib. Hazırda London birjasında neftin bir bareli 36-37 dollara satılır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz