Axtarış...

AQTA-nin bahalaşmaya verdiyiniz töhfə


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılanda mən çox sevinmişdim.
Fikirləşdim, alıcının,istehlakçının tərəfində olan bir dövlət təşkilatımız var.
Amma çox əfsus.2017-ci ildən fəaillət göstərən AQTA-nın nəsə bir dəyişiklik etdiyini görmədim.
Çünki başları başqa şeylərə qarışıb.
Məsələn,deyirlər,Qida Təhlükəsizliyi Agentliyi Qarabağ bölməsinin Bərdə idarəsinin nümayənləri obyektlərə girib öz bildiklərimi kimi cərimələr yazırlar.
Səbəbli-səbəbsiz.Dedik bunlar məhsulun keyfiyyətinə nəzarət edərlər.
Amma reallıqda başqa şeylər görürük.Əgər cərimələrdən sonra heç nə dəyişmirsə,deməli bu kimlərinsə cibini dolmurmaq üçün bir oyundur.
Elə bu oyunların nəticəsidir ki,2021-ci ildə Bərdədə AQTA-nın yerli bölməsinin rəisi Rauf Həsənov həbs edilib,cəzasını çəkir.
Yəqin onun yerini tutanlar ibrət almayıblar,əməllərini davam etdirirlər.Ətin kilosu 15-17 manatdır,ancaq kolbasalar var 5 manata satılır.
Məlumdur tərkibi necə ola bilər.Vaxtaşırı bu kolbasaların hazırlandığı sexləri cərimələyirlər.
Düz edirlər.Amma bir müddət sonra bazar-dükanda həmin məhsulları görəndə,yoldan keçəndə həmin sexləri elə o cür görəndə cərimələrin mahiyyəti məlum olur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin hörmətli sədri cənab Qoşqar Təhməzli,əməkdaşlarınızın bu hərəkətləri birbaşa əhalidə dövlətə inamı sarsıdır.
Çünki AQTA bir dövlət təşkilatıdır.Sizin bəzi işçiləriniz necə deyərlər,qaş düzəltmək əvəzinə vurub gözü də çıxardırlar.
Elə olmasaydı,AQTA-nın yaradıldığı 7 il ərzində çox şey dəyişərdi.
Amma demək olar ki heç nə dəyişməyib.Dəyişən yalnız bahalaşmaya verdiyiniz töhfədir.
Az idi iş adamının başının üstünü kəsdirən biri də şərik oldu.
Yəni bəzi işçiləriniz.İş adamı kimlərinsə cibini doldurmağa məcbur olursa,təbii ki bunun yerini alıcının cibindən götürür.
Malının qiymətini artırmağa məcbur olur.Heç Bərdəyə və ya başqa rayona gedib baxmağa ehtiyac yoxdur.
Hərdən elə paytaxt Bakının küçə ticarətinə,qanunsuz işləyən,qanunu pozmaqla işləyən müəssisələrinə baxın.Yuxarıda kolbasa sexlərindən danışmışam.
5-6 manata satılan kolbasanın maya dəyəri daha ucuz olur.İndi təsəvvür edin onun içində ətdən başqa nələr ola bilər.
Sizin əməkdaşlarınızın məsuliyyətsizliyinə,rüşvətxorluğuna görə belə yerlər hələ də işləyir.Biz isə sağlamlığızı təhlükəyə qoyuruq.
Dövlət sizə kifayət qədər geniş səlahiyyət verib.Amma görünən odur ki işçiləriniz qayda-qanunu özləri pozur.
Axı cənab Prezident dəfələrlə deyib ki sahibkarlara maneələr yaradılmasın,dövlət təşkilatları səbəbsiz yoxlamalarla iş adamlarını bezdirməsinlər.
Mövzunu diqqətdə saxlayıb davam etdirəcəm.AQTA-nın mövqeyini də yazımda bildirməyə hazıram.
Sima Babayeva
TEREF: Xocanın Blogu
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz