Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, bina 45 A, mənzil 35 ünvanında qeydiyyatda olan Əsgərov İsmayıl Abbas oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, Baş prokuror Kamran Əliyevə müraciət edir:
“Hörmətli Prezident!
Mən, Əsgərov İsmayıl Abbas oğlu, 1965-ci ildə Beyləqan rayonunda anadan olmuşam. 2008-ci ildən indiyədək 7 nəfər ailə üzvümlə birlikdə ümumi sahəsi 60,2 kv.m, yaşayış sahəsi 33,6 kv.m, yardımçı sahəsi 26,6 kv.m olan 2 otaqlı mənzildə yaşayıram. Həm də 1-ci qrup əliləm.
Yaşadığım mənzil şəraitim yetərli olmadığından, "mənzil şəraitinin yaxşılaşdırılması” üçün növbəyə götürülməyimə görə səlahiyyətli orqanlara müraciətlər etmişəm. Lakin səlahiyyətli orqanlar tərəfindən etdiyim müraciətlərə qanunla nəzərdə tutulmuş qaydada cavab verilmədiyindən, mübahisələr yarandığı üçün məhkəməyə müraciət etmişəm.
Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 06 may 2015-ci il tarixli, 2(005)-2010/2015 saylı qətnaməsinə əsasən, 09.04, 1992-ci il Nərimanov rayon İcra Hakimiyyəti başçısının 15 may 2015-ci il tarixli, 182 nömrəli sərəncamı ila 1-ci qrup gözdən əlil kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşəm. Həmin sərəncamın surəti aidiyyəti üzrə Azərbaycan Respublikasının Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə göndərilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492 S nömrəli sərəncamlarının tələblərinə əsasən, Vətən Müharibəsi və Birinci Qarabağ Müharibəsi şəhid ailələrinin və qazilərinin, Çernobil AES qazasının aradan qaldırılması ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlil şəxslərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qürumları tərəfindən həyata keçirilir. Bakı şəhərinin bu və ya digər yaşayış məntəqələrində gözdən əlillərin yaşayış sahəsi ilə təmin edilməsi birbaşa 33 SMN-nin "Sosial Xidmətlər Agentliyi” adlanan qurumunun səlahiyyətlarinə aid edilmişdir.
Mənzil şəraitinin yaxşılaşdırılması barədə növbəm 09.04.1992-ci ildən hesab olunsa da, "Sosial Xidmətlər Agentliyi” dolayı yollarla mənim 15 may 2015-ci il tarixdən növbədə dayanmağımı gündəmə gətirməklə, hazırda inşa olunmuş və bölgüsü gedən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40A ünvanında inşa edilmiş Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə məxsus olan çoxmənzilli binadan növbə əsasında mənzilin ayrılmasının mümkün olmayacağını bildirmişdir. 27.012015-ci ildə Gözdən Əlillər Cəmiyyəti ilə "Sevinc" MMC arasında bağlanmış müqaviləyə əsasən tikiləcək evlərdən 75 mənzilin gözdən əlillər üçün ayrılması nəzərdə tutulmuşdur. Lakin bu günədək mənzillərin bölüşdürülməsinin getdiyi bir zamanda mənim mənzillə təmin olunmayacağım verilmiş cavablardan məlum olmuşdur.
Mənə biganəlik göstərən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə və Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etsəm də, cəmiyyət mənim Nərimanov rayonu üzrə gözdən əlil kimi növbədə 1-ci olmağım barədə siyahının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində "Sosial Xidmətlər agentliyi"nə təqdim etdiklərini bildirməklə, özlərini sığortalamağa davam edir.
Mənim başıma bu oyunları açan 2008-ci ildə Yasamal rayonundakı 1 otaqlı mənzilimi digər şəxsə bağışlamaqla, mənə ailə tərkibimə görə 3 otaqlı mənzil əvəzinə 2 otaqlı mənzili verən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri S.Abdullayev olmuşdur. Onun mənzil "maxinasiyası" həmin vaxtdan hal-hazıradək davam etməkdədir. Onun əməlləri isə hüquq-mühafizə orqanları tərəfindən ört-basdır edilmişdir. Cəmiyyət sədri kimi onun qanunazidd hərəkətlərinə aidiyyəti orqanlar göz yumublar.
Cənab Prezident!
Bu qurumun rəhbərləri Sizin sərancamınıza əməl etmirlar, məni müxtəlif istiqamətlərə yönləndirməklə mənəvi cəhətdən sındırmağa çalışırlar. Bildirirəm ki, yeni tikilmiş yaşayış binası hazırkı yaşadığım ünvana yaxındır. Həmçinin, mənim işlədiyim 37 saylı Şəhər Poliklinikası Narimanov rayonu ərazisindədir.
Nəzərinizə çatdırım ki, 1-ci qrup gözdən əlil kimi respublika üzrə növbədə birinci sıradayam. Mənim mənzil şəraitim 7 nəfərin yaşaması üçün yetərli deyil və birinci növbədə mən mənzillə təmin olunmalıyam.
Mənim hazırda ailə üzvlərimin tərkibinə daxil olan oğlum Abbas 3-cü dərəcəli əlildir. Digər oğlum Tural isə 2014-2016-cı illərdə hərbi vəzifəli kimi nümunəvi xidmət keçmiş, aprel döyüşlərinin iştirkçısı olmuşdur.
Səlahiyyətli orqanlar tarafindan verilmiş cavablar mənim mənzil şəraitiminin yaxşılaşdırılmasına dolayı yolla yalnız maneəçilik törətdiyindən, bu cavablar məni qane etmədiyindən, məcbur olub sonuncu ümid yeri kimi Sizə müraciət edirəm.
Hörmətli Prezident!
Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən bölgüsü aparılan Gözdən Əlillər Cəmiyyətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40A ünvanında inşa edilmiş çoxmanzilli yaşayış binasından güzəştli şərtlərlə, növbəlilik əsasında 1-ci qrup gözdan əlil kimi, ailə tərkibim nəzərə alınmaqla, mənzillə təmin olunmağıma kömək edəsiniz”.
Redaksiyadan: Yazıda adlarıq eyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.