Axtarış...

Babayevlə Qayıbovun "yarışı" başladı - bu yarışdır, yoxsa sifarişli BÖLGÜ proqramı?


Uzun illərdir Azərbaycanın idman sahəsində, əsasən də idmanın boks növündə özübaşınalıq davam edir. Gənc və yeniyetmə idmançılara edilən haqsızlıqlar onların gələcək həyatlarına və kariyeralarına ciddi təsir göstərir.

Çox acınacaqlı haldır ki, hər il böyük potensialı olan uşaqlar Boks Federasiyasındakı monopolist şəxslərin, şəxsən Federasiya prezidentinin (Sahil Babayev), eləcə də, Gənclər və İdman nazirinin, (Fərid Qayıbov) bu qurumdakı aidiyyatı şəxs və şəxslərin yarıtmaz fəaliyyətinin qurbanı olur.

Statistik rəqəmlər göstərir ki, hər il ölkəmizdə yüzlərlə gənc və yeniyetmə boksçu bu yarışlar zamanı üzləşdikləri haqsızlıqlar üzündən boksla vidalaşır. Bu isə Boks Federasiyasındakı işbazlarla əlbir olan "məşqçi"lərin karına çatır. Bu barədə daha ətraflı məlumat verəcəyik, bu məşqçilərin adını, onların fəaliyyətini tək-təık göstərəcəyik.

Qısacası ötən ilin son günlərinə kimi gizlətdikləri yeniyetmələr arasında keçiriləcək Boks üzrə Azərbaycan Birinciliyi bu gün başlayıb. Bizimxeber.az əməkdaşları yarışın keçirildiyi zalda - Boks Federasiyasında olaraq, müşahidələr aparıb, yeniyetmələrlə danışıb, yarışı işləyib.

İlkin müşahidələr götərir ki, nazir Fərid Qayıbovla, Sahil Babayevin təşkil etdiyi Respublika Birinciliyi adlı bu nəsə yarışdan çox şou proqrama oxşayır.

Bəli, yarışa rəhbərlik edən şəxs sözün əsl mənasında yenə köhnə ampulasındadır. İstədiyi qərarları verir, istədiyini qalib edir, istəmədiyini uzaqlaşdırır... Kimdir bu şəxs? Bu barədə də ətraflı məlumat sabah verəcəyik...

Hələlik, ondan başlayaq ki, yarışın təşkilatçılığı olduqca aşağı, sistemsiz, nizamsızdır. Federasiyanın giriş qapısında quraşdırılan təhlükəsizlik aparatı işləmir. Yoldan keçən şəxs yoxlanmadan içəri rahatlıqla girə və istədiyini edə bilər. Nəzərə alsaq ki, bu yarışda 400-dən çox yeniyetmə iştirak edir və bunların təhlükəsizliyi öndə dayanmalıdır. Bu hal Sahil Babayevi narahat etmir.

Daha bir məqam yarış iştirakçıları və müəllimlər üçün hazırlanan vəsəqələrin sistemsiz və nizamsız, hara gəldi tökülməsidir. Stolun üzərinə tökülən bu vəsiqələri kim istəyir götürə bilər. Azyaşlı uşaqlar saatlarla öz adına olan vəsiqəni axtarır, hələ vəsiqələri boyundan asmaq üçün olan bağlar isə yerdə, antisanitariya şəraitində təpiklər altında qalır.

Bundan başqa ilkin müşahidələr zamanı olduqca maraqlı faktlar toplamaq mümkün olub.

Əldə etdiyimiz məlumata görə, yarışın qalibləri demək olar ki, müəyyənləşib. Bu aparılan bölgüdən aşkar görünür.

Məlumata görə, yarış iştirakçılarının bölgüsü xüsusi olaraq, məqsədli şəkildə aparılıb. Sahil Babayevin və ya ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynovun və ona yaxın məşqçilərin qalib etmək istədikləri idmançılar başqa bir qrupa salınıb. Sahibsiz, kasıb, adamsız boksçülar isə qarışıq dedilən qruplarda yer alır. Bu nə deməkdir?

Araşdırmalar zamanı bəlli olub ki, bu işlərə ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov, Gənclərdən ibarət yığmada baş məşqçi olan Elbrus Rzayev, Federasiyada vəzifə tutan və yarışın əsas təşkilatçılarından olan bir xanım rəhbərlik edir. Bu arada qeyd edək ki, Boks Federasiyası iddia edir ki, bölgü kompyuter tərəfindən aparılıb və tam ədalətlidir.

Elə isə onu bölən ədalətli kompyuter və ya proqrama diqqət edin, necə olur ki, bir idmançı 5 dəfə rinqə çıxır, başqa bir idmançı 3 dəfə. Bu necə bölgüdür? Bu hansı ədalətdir, hansı proqramdır? Yaxud bir idmançı 2 döyüşlə yarımfinala çıxır, başqa bir idmançı 5 döyüşlə...? Budurmu sizin ədalətli bölgünüz, yoldaş Qayıbovla, Babayev? Sizin ədalətli kompyuteriniz də elə sizin "ədadlət"iniz kimi işləyir? Bu uşaqların niyə gələcəyi ilə oynayırsız?

Budurmu sizin təşkil etdiyiniz yarışın məqsədi və məramı? Yeniyetmələri idmandan iyrəndirmək, məhv etmək, yoxsa yaxşı döyüşçü üzə çıxartmaq?

Daha ətraflı foto, video görüntülər sabahkı geniş reportajda!!! Bizi izləyin!

Bizixmeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz