"Gənclərimizin inkişafı üçün dövlət tərəfindən yüksək şərait yaradılıb".
"Report" xəbər verir ki, bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimat mərasimində deyib.
Nazir müavini bildirib ki, Azərbaycanda gənclərlə bağlı əlverişli mühit yaradılıb: "Mən artıq gənc deyiləm və deyə bilərəm ki, bizim dövrümüzdə belə bir şərait yox idi. Bu gün isə gənclər üçün yaradılan şərait bütün sahələrdə özünü göstərir".
İ.Babayev gənclərin qoşulduğu könüllülük fəaliyyətinin mahiyyətindən də danışıb: "Azərbaycanın könüllülük fəaliyyəti brendə çevrilib. Bu gün on minlərlə Azərbaycan gənci qısa bir çağırışa cavab verir. Ümid edirəm ki, gənclərimiz dövlətimizi beynəlxalq arenada da yüksək səviyyədə təmsil edəcəklər. Bu günün könüllüləri sabahın dövlət qulluqçusudur".