Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov, keçmiş korrupsiya işində ittiham olunmuş Güllü İbadovanı 2023-cü ilin noyabr ayında yenidən vəzifəyə təyin etmişdir.
Onu da qeyd edək ki, Güllü İbadova 2017-2020-ci illər ərzində Laçın Rayon Mərkəzi Xəstəxanasının baş direktoru vəzifəsində çalışarkən ştat cədvəllərində saxtakarlıq yolu ilə 17.575 manatdan çox olmaqla dövlət vəsatini mənimsəməkdə ittiham edilmişdir.
MilliTV nin"Qlobal.az”-a istinadən məlumata əsasən sabiq baş direktor Güllü İbadova korrupsiya işində Səhiyyə Nazirliyinə 17.575 manatdan çox olmaqla dəymiş maddi ziyanı, həmçinin dövlət nəfinə 4394 manat məbləği ödədikdən sonra onun barəsində ev dustağı haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilmiş, Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü və 73-1.2-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun ötən ilin noyabr ayında korrupsiyada adı çəkilən Güllü İbadovanı Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibb xidmətin təşkili üzrə müavini vəzifəsinə təyin etməsi sosial şəbəkələrdə bu xəbər ajataja səbəb olaraq qınaq atəşinə tutulmuşdur.
Hal- hazırda Güllü İbadova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibb xidmətinin təşkili üzrə müavini vəzifəsindədir.
Onun işə çıxmadığı barədə sosial şəbəkələrdə söz söhbətlər yayılmaqdadır və səbəbi isə açıqlanmır.