“Yaşadığı rayon məktəblərində boş müəllim yerinə ehtiyac varkən mənim oğlum nəyə görə rayondan 65-70 km uzaq məsafədəki Talış kəndində işləməlidir?!”
Goranboy rayon sakini, Vüqar Bayramov küçəsi, ev 43 sakini Nəbiyev Mehman Aslan oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, mən Nəbiyev Mehman Aslan oğlu 1959-cu ildə Goranboy rayonunda anadan olmuşam. Əslən Goranboyluyam. Hal-hazırda Goranboy rayonunda yaşayıram. Polis təqaüdçüsüyəm, mühaaribə veteranıyam. 1998-ci ildə YAP həqiqi üzvüyəm. Ailəliyəm. Həyat yoldaşım tibb bacısı işləyir. Hal-hazırda iki oğul övladımız var. Kiçik oğlum Kamran N saylı hərbi hissədə xidməti borcunu bitirib təxris olunduqdan sonra öz istək və arzusu ilə yenidən müddətdən artıq xidmətini davam etdirdi. Əfsuslar olsun ki, bir neçə ildən sonra hərbi xidməti zamanı sağlamlığını itirdi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən II qrup əlillik dərəcəsi ilə təqaüdə çıxdı. Hal-hazırda Goranboy rayonu Mənzil Komunal İdarəsində bağban vəzifəsində işləyir. Ailəlidir.
Böyük oğlum Mehmanlı Arzu Sərhəd Qoşunlarında hərbi xidmət borcunu yüksək səviyyədə və layiqincə bitirib ordu sıralarından təxris olunduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinə Tarix fakultəsinə qəbul olmuş və oxuyub bitirmişdir. Bu il yenidən müəllim işləmək üçün imtahan verərək 75 bal toplamış və yaşadığı Goranboy rayonundan 65-70 km aralıda yerləşən Tərtər rayon Talış kəndində tarix müəllimi vəzifəsinə təyin olunmuş, hal-hazırda Talış kənd məktəbində Tarix müəllimi vəzifəsində işləyir. Tərtər rayonunda kirə ev tutub yaşayır.
Cənab Prezident!
Yazmaqda məqsədim odur ki, hal-hazırda Goranboy rayonunun mərkəzində yerləşən 1 nömrəli və 2 nömrəli böyük həcmdə olan orta məktəbdə bu il hər iki məktəbdə tarix müəllimi təqaüdə çıxdı və Goranboy rayon kəndlərindən keçən il və bu il təqaüdə çıxanlar oldu. Əfsuslar olsun ki, Təhsil şöbəsi müdiri ilə məktəb direktorları boş iş yerlərini gizlədərək əlbir olub, xalqdan və dövlətdən gizlədərək boş iş yerlərini hərraca çıxarıb satırlar. İkinci tura çıxarıb müqavilə yolu ilə öz yaxın qohum-tanışlarını yenidən müqavilə bağlayaraq işlə təmin edirlər. Mənim oğlum isə nəyə görə 75 bal toplayaraq yaşadığı rayon məktəblərində boş müəllim yerinə ehtiyac varkən yaşadığı rayondan 65-70 km uzaq məsafədə Talış kəndində işləməlidir?! 1-ci turda bal toplaya bilməyən 2-ci turda müqavilə yolu ilə işə qəbul olunur. Savadsız müəllimlər gələcək gənc nəsilə oğlan və qızlara hansı bir savad verib öyrədəcəklər. Valideynlər nəyə görə orta məktəb uşaqlarını təqaüdə çıxmıəş yaşlı savadlı müəllimlər evlərində uşaq hazırlayırlar. Hər fənn üzrə 50 manatdan. Çünki, savadlı gənc müəllimlər yoxdur. Olan da rayon mərkəzlərindən uzaqlaşdırılır.
Dəfələrlə imtahanlar başlamamışdan əvvəl Goranboy rayonu Təhsil şöbəsi müdiri və məktəb direktoru ilə görüşdüm. Mənə söz verdilər ki, vakansiyanı boş yer verəcəyik, oğlun yaxşı hazırlaşsın, yüksək bal toplasın, narahat olma. Əfsuslar olsun ki, məni aldatdılar.
Cənab Prezident!
1988-1994-cü ilə kimi torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm. yaxın iş yoldaşlarım, dostlarım, tələbə yoldaşlarım gözümün önündə vətən uğrunda şəhid oldular. Hətta Azərbaycan ordusu yanmamışdır. Bəzi üzdən iraq ev oğruları, heyvan oğruları, narkomanlar könüllü batalyona xalq cəbhəsi əli ilə əllərinə silah alıb oğurluq edirlər. Hansı ki, keçmiş Şaumyan kənd rayonunda yaşayan ermənilərə, qonşu olan Goranboy rayon yaxın kəndlərdən sakinlər evlərini qoyub qaçmışlar. Goranboy rayon Polisləri bəzi üzdən iraq özlərini vətənpərvər göstərən əli silahlı ev, heyvan oğrularına və əli silahlı ermənilərlə mübarizə aparırdıq.
Cənab Prezident!
Bir neçə il əvvəl Goranboy rayon təhsil şöbəsi müdiri və 2 məktəb direktoru, təhsil şöbəsinin bir neçə əməkdaşı rüşvət üsdündə həbs olundular. Uzun illər həbsdə yatdılar. Hal-hazırda Goranboy rayonu təhsil şöbəsi müdiri ilə məktəb direktorları, bəzi yüksək vəzifəli məmurlar yenə də haqsızlıqdan rüşvətdən əl çəkmirlər harınlamış məmurlar.
Cənab Prezident!
Sizin dəmir yumruğunuzu görmək istəyirlər. Mən polis təqaüdçüsünün min bir əziyyətimlə Bakıda dörd (4) il kirayə ev tutub uşaq oxutması nə deməkdir! Mən müharibə zamanı aldığım ağır travmadan sonra nevroz xəstəsiyəm. Həyat yoldaşım isə həyacan və stresdən, qorxudan şəkər xəstəsidir. İkinci oğlum isə hərbi xidməti zamanı sağlamlığını itirən II qrup əlildir.
Mən, Goranboy təhsilindən və 1 saylı məktəb direktorundan şikayətçiyəm. Vakand yerləri hərraca qoyub satırlar, mənim oğlum 75 bal toplayıb amma Goranboyda ona iş vermirlər. Tərtərin Talış kəndində müəllim işləyir. Yoxlanış olsa görünər ki, müqaviləynən öz qohumlarını işlədirlər.
Sizdən ailəmiz adından xahiş edirik ki, oğlum Mehmanlı Arzu Goranboy rayon məktəbində işlə təmin olunmasına köməklik edəsiniz.
Cənab Prezident!
Sizə ailəmiz adından uzun ömür can sağlığı arzulayırıq”.
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.