Axtarış...

Vəzifə Öhdəliklərini Yerinə Yetirə Bilməyənlər Necə Yüksək Vəzifəyə Təyin Olunur

Vəzifə Öhdəliklərini Yerinə Yetirə Bilməyənlər Necə Yüksək Vəzifəyə Təyin Olunur
Redaksiyamıza müracət edən, hüquqları pozulmuş Goronboy rayon İşsiz Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən müraciət edilmişdir.Eminov Neman Müraciətində bu illər ərzində başna gələnlər barədə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ünvanladığım şikayət ərizəmin saytınızda işıqlandırmasını xahiş etmişdir
.

Hörmətli izləyicilər vətəndaşın ünvanladığı şikayət Ərzəsini sizlərə təqdim edirik.
Möhtərəm Cənab Prezident İlham Əliyev dəfələrlə tapşırıqlar verir ki, icra başçıları vətəndaşlara xidmət edin, icra nümayəndələri vətəndaşların yanında olmalıdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Ş İ K A Y Ə T

Möhtərəm Cənab Prezident!
Goranboy Rayon İcra Hakimiyyətinə, rayon icra başçısı cənab Məhərrəm Quliyevə dəfələrlə aşağıdakı məsələlərlə bağlı müraciətlər etsəm də yalnız qaldırdığım bir məsələyə cavab verirlər.

1-ci əsas məsələ : Yaşadığım Goranboy rayonu Qızılhacılı qəsəbəsinin 10.000 nəfərə yaxın əhalisi var, bu qədər əhalisi olan qəsəbədə istirahət parkı salınmır, parkın ərazisi bələdiyyə tərəfindən " HƏRRACA" qoyularaq satılıb. Dünyanın ayrı-ayrı ölkələrində ulu öndər, dahi şəxsiyyət mərhum prezident Heydər Əliyev adını daşıyan XATİRƏ PARKI salırlar, çox təəssüflər olsun ki, bizim qəsəbədə bu park salınmır.
2-ci məsələ : Dəfələrlə müxtəlif saatlarda Qızılhacılı qəsəbə icra nümayəndəliyinə və bələdiyyəsinə gedirəm nə icra nümayəndəsini, nə də bələdiyyə sədrini iş vaxtı yerində tapa bilmirəm. Bu vəzifəli şəxslər vətəndaşlara xidmət etməlidilər.

07.10.2021-ci il tarixində bu məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) 0222451414 xidməti otağına zəng vurdum, RİH-nin şöbə müdürü Yasin Məmmədovla əlaqə saxladım, bildirdim ki, nə qəsəbə icra nümayəndəsi Zəka Zeynalovu, nə də bələdiyyə sədrini iki gündü iş yerində tapa bilmirəm ki, vətəndaş olaraq problemimi deyə bilim. RİH-nin şöbə müdürü Yasin Məmmədov mənə bildirdi ki, onlarla əlaqə saxlayaram, bildirirəm. Yasin Məmmədova bildirdim ki, Goranboy RİH-nə, icra başçısı Cənab Məhərrəm Quliyevə bir neçə məktublar göndərirəm, göndərdiyim məktublarda bir çox məsələləri yazıb göndərmişəm. Nə səbəbə qeyd etdiyim məsələlərə uyğun cavablar göndərilmir? Ancaq, şablon şəkildə bir cavab göndərilir ki, iş istəyirsənsə, 20 saylı Məşğulluq mərkəzinə müraciət elə.

Goranboy RİH-nin şöbə müdürü Yasin Məmmədov mənə telefonda bildirdi ki, sənin göndərdiyin məktubları ətraflı oxumaq üçün icra hakimiyyətində yekə bir PALAZ salacam, oturacam. Vəzifəli şəxs mənim müraciət etməyimə narazılıq edir, məni müraciət etmək hüququndan məhrum etmək istəyir.
Diqqətinizə çatdırım ki, 10.000 nəfərə yaxın əhalisi olan Qızılhacılı qəsəbəsinin xəstəxanasında " Təcili tibbi yardım" maşını yoxdur ki, hansısa köməksiz, yaşlı, ahıl vətəndaşa həkim gedib vaksin etmək üçün xidmət göstərsin. Xəstəxananın həkimi vətəndaşı vaksin etmək üçün 2-3 manatlıq taksi tutub gedir.Bu gülünc bir vəziyyətdi.

3-cü məsələ: Qızılhacılı qəsəbəsində yol kənarında Şəhidlərimiz üçün fotostend yaradılıb. Yaradılmış fotostendin ətrafı pis gündədir. Burada gül-çiçək, ağaclar əkilməlidir, PARK salınmalıdır.

Bir gün həmin fotostend tərəfindən keçib, gedirdim. Gördüm fotostendin alt hissəsində sahibsiz itlər yatıb, bura qoyunların otlaq sahəsinə çevirilib. Dərhal Goranboy RİH-nin Ərazi üzrə idarəetmə şöbəsinin müdürünə, Qamarxoz idarəsinin müdür müavininə, Regional Məşğulluq Mərkəzinin direktoruna məlumat verdim, tədbir gördülər. Şəhidlər bizim qürur mənbəyimizdir, baş tacımızdır. Şəhidlərimizə hörmət hər birimizin borcumuzdur. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, yerləri cənnət olsun. Amin!


Hörmətlə:
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz