Axtarış...

Azərbaycanda təqaüdlərin verilməsinə səbəb nədir? RƏSMİ AÇIQLAMA

Azərbaycanda sosial ödənişlərin verilməsinin gecikdiyi iddia edilir.
Milli TV nin BAKU.WS-ə istinadən xəbərə görə hər ayın 22-si verilən sosial müavinətlər və təqaüdlər bu ayın 25-i olmağına baxmayaraq hələ də ödənilməyib.
İddia edilir ki, gecikmələr ötən ayda da baş verib və təqaüdlər əvvəl ödənildiyi vaxtdan gec - ayın 28-i verilib.
Bu barədə Qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, burada gecikmədən söhbət belə gedə bilməz:
"Ümumiyyətlə hər ödənişin aylara görə öz qrafiki var. Hər ay bu qrafik öncədən müəyyənləşir və ay bitmədən ödənişlər həyata keçirilir. Burada gecikmədən söhbət belə gedə bilməz. Budəfəki sosial ödənişlər barədə əvvəlcədən məlumat veriləcək".
Text-to-Speech

DİNLƏ






Şərh yaz