Axtarış...

Albaniyada “Heydər Əliyevin həyatı, fəaliyyəti və düşüncələri” adlı kitab nəşr edildi

Albaniyada “Heydər Əliyevin həyatı, fəaliyyəti və düşüncələri” adlı kitab nəşr edildi

Azərbaycan Respublikasının Albaniyadakı səfirliyinin dəstəyi ilə Aıban dilində “Heydər Əliyevin həyatı, fəaliyyəti və düşüncələri” kitabı nəşr edilib.

Ümummilli liderin 100 illiyi münasibəti ilə keçdiyi ömür yoluna həsr edilmiş kitab Alban dilində çap edilib. Kitabın müəllifi Entela Muço Albaniya-Azərbaycan Mədəniyyət və Dostluq Dərnəyinin sədridir.

“Heydər Əliyevin həyatı, fəaliyyəti və düşüncələri” adlı kitab
Müasir Azərbaycan dövlətinin me¬marı və qurucusu olan Heydər Əliyev haqqındakı tarixi faktlara əsaslanaraq hazırlanmışdır. Alban oxucuları kitabda, Azər¬baycan xalqının keçdiyi tarixi mübarizə yolunu, keçən əsrin sonunda qazanılan müstəqilliyin qorunub saxlanmasında tarixi şəxsiyyət olan Heydər Əliyevin rolu və fəaliyyəti ilə yaxından tanış edilir.
Heydər Əliyev irsinə töhfə verən bu kitab Azərbaycanın beynəlxalq aləmdə və xaricdə tanıdılmasında yeni bir addımdır.

Kitabın hazırlanması Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov tərəfindən dəstəklənmiş və kitabda AMEA Tarix İnstitutunun Demoqrafiya şöbəsinin müdiri İradə Məmədova, Bakı Avrasiya Universitie¬sinin kafedra müdiri Elmira Məmmədo¬va-Kekeç, professor Səadət Şıxıyeva, Xəzər Universitetinin dosenti Aynur Qəzənfər qızı, araşdırmaçı-alim Fariz Xəlil, Qardaş Türkiyənin tanınmış ta¬rixçi və dilçi alimləri Əli Arslan, Ömər Turan və Mustafa Balcı yaxından iştirak ediblər.

Millitv.az


Daha çox xəbər

Şərh yaz