Axtarış...

Yeni nəşr olunan kitab maraqla qarşılandı

Yeni nəşr olunan kitab maraqla qarşılandı
AMEA-nin Fəlsəfə və Sosiologiya İnsitutunun "Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası"şöbəsinin mūdiri fəlsəfə elmləri doktoru Sakit Hūseynovun "Heydər Əliyev və İlham Əliyevin dövlət və din mūnasibətlərinin tənzimlənməsində rolu" adlı kitabı nəşr olunub.Kitab Heydər Əliyevin anadan olmasının 100 illiyinə və İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə həsr olunub.Monoqrafiya mūstəqillik dövrūndə Ūmummilli lider Heydər Əliyev və İlham Əliyevin dövlət- din siyasətinin fəlsəfi- sosioloji cəhətdən araşdırılmasına həsr edilib.Kitabda islamın qafqazda yayılmasında Azərbaycanın rolu, dövlət-din mūnasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının bərqərar olunması, dini tolerantlıq, dini ekstremizmi və dini təhlūkəsizlik haqqında Heydər Əliyev və İlham Əliyevin fəaliyyəti ilk dəfə olaraq geniş şəkildə araşdırılb.Bununla yanaşı, Heydər Əliyevin "İslam birliyi" ideyası və Prezident İlham Əliyevin mūsəlman ölkələrinə "islam həmrəyliyi" cağırışı dövlət-din siyasətində yeni istiqamət kimi elmi cəhətdən mūhūm aktuallıq kəsb etməkdədir.Bu kitabdakı aktuallığı nəzərə alaraq kitabın tələbə və doktorontlar, ilahiyyatcılar, dinşūnaslar, orta və ali məktəb mūəllimləri, eyni zamanda geniş oxucu kūtlələri ūcūn maraqlı və faydalı olacaqdır. Kitabın elmi redaktoru Fəlsəfə və Sosiologiya insitutunun baş direktoru, fəlsəfə elmləri doktoru,professor İlham Məmmədzadə, elmi məsləhətcisi, AMEA-nin vitse prezidenti v.i.e, akademik Gövhər Baxşəliyeva, rəyciləri AMEA-nin mūxbir ūzvū Könūl Būnyadzadə, tarix elmləri doktoru, dosent Eynulla Mədətli, fəlsəfə elmləri doktoru ,AzTU-nun professoru Əyyub Kərimov, fəlsəfə elmləri doktoru Azər Mustafayev, hūquq elmləri doktoru Etibar Əliyev və ilahiyyat ūzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov,dur.

Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz