Axtarış...

Azərbaycan çövkən liqası keçiriləcək


2024-cü ilin aprelində Azərbaycan çövkən liqası keçiriləcək.

Bunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin tarixdə ölkə çempionatının təşkili planlaşdırılır:

“Digər idman növlərində olduğu kimi, burada da yerli klublar liqada bir-birlərinə qarşı oynayacaqlar”.

Baş katib 2024-cü ildə beynəlxalq turnirin təşkilinin nəzərdə tutulduğunu sözlərinə əlavə edib:
“Həmin turnirdə hazırkı klubların oyunçularından istifadə edərək, millinin tərkibini müəyyənləşdirəcəyik”.

Bəhruz Nəbiyev bu gün startı verilən çövkən üzrə sayca 10-cu Prezident Kubokunda isə səkkiz komandanın iki qrupda mübarizə apardığını sözlərinə əlavə edib:

“Bu gün, dekabrın 17-də və 19-da qrup matçları keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Dekabrın 21-də yarımfinal oyunları olacaq. Ayın 23-də üçüncülük uğrunda görüş, ertəsi gün isə final qarşılaşması keçiriləcək”.



Şərh yaz