Kürdəmir rayon Sığırlı kənd sakini xumar Zeynalova bildirir ki, o 2017-ci ildə, Beynəlxalq bankınin Kürdəmir filialına evini girov qoyaraq kredit götürüb.
Onun sözlərin görə bankın keçmiş müdiri Elşən Sərdarov adlı şəxs onlara məxsus yaşayış evini , xəbərsiz şəkildə saxta yollarla başqa şəxsə satıb. İşin qəribə tərəfi isə Xumar Zeynalova heç bir sənədə evin satılması üçün imza çəkməyib və üstəlik evinin kommunal xidmətləri həyat yoldaşınin adına olsa da, sənədlər xanımın adına rəsmiləşdirilib .
Şikayətçi deyir kim, evin satılması üçün o, heç bir sənədə imza çəkməyib. Şikayətçi ölkə rəhbərliyinə və yuxarı instansiyalara müraciət edərək bu işin ciddi araşdırılmasını xahiş edir.
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
Səhifəmiz bütün rəy və mövqe ifadəsi üçün açıqdır...