Yardımlı rayon Yaşıllaşdırma İdarəsində çalışan bir qrup işçilərin redaksiyamıza verdiyi məlumatda bildirilir ki, Yardımlı rayon Yaşıllaşdırma Idarəsinin müdiri Balamir Adıyev bir müddət öncə Yardımlı Mərkəzi Poçtunda çalışıb.
İşlədiyi dövrdə yeyinti və işində yol verdiyi ciddi nöqsanlara görə işdən xaric olunub.
Sonra özünü "qara" yollarla Yaşıllaşdrma İdarəsinə müdir təyin etdirib.
Mənbənin dediyinə görə, Adıyev Balamir özünə yaxın və münasib adamları öz yanında işə götürüb. İşə götürdüyü adamlar isə işə gəlmir və onların əməkhaqqı kartları Balamirin cibində olur.
Məlumatda o da bildirilir ki, bir il öncə Yardımlı rayonun Yaşıllaşdırma idarəsinin işçisi Sultanov Sərhad İsaxan oglu elektrik cərəyanı vurması nəticəsində həyatını itirmişdir.
3 uşaq atası Sərhad Sultanov məzuniyyətdə olmasına baxmayaraq 11.06.2022-ci il tarixində İdarə müdiri Balamir Adiyev tərəfindən işə çağrılmış. Və rayonun Mərkəzi Xəstəxanasının ətrafında ağaclar suvarılan zaman ölüm hadisəsi baş vermişdir.
Sərhad Sultanovun yaxınları ölüm hadisəsinə görə Balamir Adiyevi ittiham edirdilər.
Balamir Adıyev 3 uşağın atasız böyüməsinə səbəb oldu. Həqiqətəndə bu, ürəkağrıdıcıdır.
Balamir Adıyev haqqında araşdırmamız davam edir.
Mənbə Azerinfo.info