Axtarış...

Yardımlının Ünvanlı Sosial Yardım DƏRDİ... - Dövlət qayğısı SABOTAJ OLUNUR...

Yardımlının Ünvanlı Sosial Yardım DƏRDİ... - Dövlət qayğısı SABOTAJ OLUNUR...


"Yardımlı rayonundan dəfələrlə şikayət olunsa da, hələ də etdiyimiz müraciətlərə gərəkən qurumlar tərəfindən reaksiya verilməyib". DİA.AZ bildirir ki, bu barədə sakinlər adından edilən müraciətdə deyilir.

Yerli icra hakimiyyətinin rayondakı bütün özbaşınalıqların arxasında dayandığını vurğulayan narazı vətəndaşlar iddia edir ki, bu xüsusda, əslində imkansız ailələr üçün nəzərdə tutulan Ünvanlı Sosial yardım da məhz Yardımlı RİH-in işçilərinin inhisarında olan bir qazanc yeridir.

Sakinlər adından dia.az-a göndərilən müraciətdə bildirilir:

"Yardımlı rayon İcra Hakimiyyətin işçilərinin ünvanlı soasial yardımın verilməsinə çox çiddi müdaxilələri var. Ünvanlı Sosial Yardım haqda müraciətin sistemə salınmasını Yardımlı rayon üzrə iki şəxs həyata keçirir: Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçi Miramil Mirsəmid oğlu Səmədli və Yardımlı rayon Kommunal Təsərrüfatı İdarəsinin baş mühasibi Mirzəyev Akif Yusif oğlu..."

Qeyd edək ki, müraciətlərində sakinlər bir sıra ittihamları da səsləndiriblər. Bu barədə müəyyən dəqiqləşdirmələrdən sonra daha geniş materialımızı təqdim edəcəyik. Hər halda, aidiyyatı olmayan məmurların Yardımlı kimi rayonda dövlətin aztəminatlı ailələrə nəzərdə tutduğu qayğısını qazanc yerinə çevirməsi faktı hüquq-mühafizə orqanları üçün də araşdırma mövzusu ola bilər.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz