Axtarış...

7 ci sinif şagirdi ayaqyolunda zorakılığa məruz qaldı! Direktorla qarşıdurma

MiliiTV nin əldə etdiyi məlumatda bildirilir ki, Bakı məktəblərində şagirdin zorakılığa məruz qalması ilə bağlı daha bir xəbər gündəmə gəlib.
Suraxanı rayonundakı 89 nömrəli orta məktəbin 7 ci sinif şagirdlərdən birinin məktəbin ayaqyolunda zorakılığa məruz qalması iddia olunur.
Belə ki, həmin şagirdin anası qızının xəsarət izləri olan fotosunu yayımlayaraq onun bir neçə nəfər tərəfindən işgəncəyə məruz qaldığını bildirib. O, valideynlərin qrupuna səs göndərərək hər kəsi ehtiyatlı olmağa çağırıb.

Məsələ ilə bağlı məktəbin yaydığı məlumatda bildirilir ki, həmin şagird özü özünə xəsarət yetirib:

“Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və bunu kimlərin etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının olmadığını söyləyiblər. Qeyd ediblər ki, zərərçəkmiş məktəbli qız "mənim işim var" deyərək onları yola salıb.

Məsələni aydınlaşdırmaq üçün şagirdin valideyni məktəbə dəvət olunub. O, məsələnin araşdırılmasında iştirak edib. Evə qayıtdıqdan sonra valideyn övladının gizlətdiyi kəsici aləti tapdığı haqqında məlumat verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Araşdırma zamanı məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan söyləyib”.


Bu gün isə məktəbdə daha bir gərginlik yaranıb. Valideynlər məktəbdə baş verən işgəncə halına görə məktəbə axışıblar və direktorla valideyinlər arasında gərginlik yaşanıb. Valideynlərlə məktəb rəhbərliyi arasında mübahisə düşüb. Onlar övladlarının da başlarına gələcəkdə belə oxşar hadisənin gələcəyindən həyəcanlanaraq öz narahatçılıq hissi keçirdiklərini məktəbin direktoruna bildiriblər.
Valideynlər onu da bildiriblər ki, məktəbdə tez-tez neqativ hallar baş verir , uşaqlar arasında dava, hətta narkotik çəkmə halları, kriminal üslubda hesablaşmalar olur. Onlar bildirib ki, bu yaxınlarda uşaqlar arasında bıçaq davası da baş verib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz