Axtarış...

“Karayev City” MTK-NIN MƏHKƏMƏSİ BAŞLADI


“Karayev City” MTK torpaq sahəsinin boşaldılması üçün apelyasiya şikayəti verib. Tribunainfo.az bildirir ki, işə hakim Günay Axundova sədrlik edib. Tikinti şirkəti Süleymanov Yaquv Qavil oğlundan ərazini boşaltmağı tələb edir.
Bundan əvvəl isə yayılan məlumatlarda deyilirdi ki, yaşayış binasında sakinlər yaşadığı halda “Karayev City” tikinti şirkəti tərəfindən söküntü işləri aparılır. Qeyd edilən ünvanda ev 46 mənzil 1-də yaşayan Məmmədağa Abdullayev II qrup əlildir.
Eyni zamanda, bu ilin yayında vətəndaşlar – Raya İsmayılova, Aygün Mustafayeva və Mehdi Əhmədov “Karayev City” MTK ilə bağlı məhkəməyə müraciət edib. Onlar alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Yada salaq ki, 2020-ci ildə ağacları kəsdiyinə görə “Karayev City” tikinti şirkəti 50 min cərimə olunub. Yəni şirkət başdan-başa bir qalmaqaldır…

Tribunainfo.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz