Axtarış...

Vətəndaşlar üçün `Şakir MTK` TƏLƏSİ... - Nə qanuna baxıblar, nə də...

Vətəndaşlar üçün `Şakir MTK` TƏLƏSİ... - Nə qanuna baxıblar, nə də...


Beləliklə, Ali Məhkəmənin Cinayət Kollegiyasının 7 sentyabr 2011-ci il tarixli qərarında Şakir Hüseyn oğlu Hüseynov və qeyrilərinin cinayət dosyesini araşdıraraq qərara alır: «…Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Həsənoğlu küçəsi, 851-ci məhəllə, ev 10, mənzil 54-də pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış Şakir Hüseyn oğlu Hüseynov Azərbaycan Respublikası CM-in 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1,

və 213.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 66.3 və 66.5-ci maddələrinə əsasən əmlaki müsadirə olunmamaqla 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasma məhkum edilmiş və CM-in 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəza 5 (beş) il smaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir.
Həmin hökmlə, həmçının Səlimov Telman Ağalar oğlu Azərbaycan Respublikası CM-in 178.3.1, 178.3.2, 306.2, 308.2 213.1 və 213.4-cü maddələri ilə, Hüseynov Vidadi Hüseyn oğlu Azərbaycan Respublikası CM-in 178.3.1,

və 306.2-ci maddələri ilə, Hüseynov İlham Köçəri oğlu Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə və Örucov Əşrəf Məmməd oğlu Azərbaycan Respublikası CM-in 213.1 və 213,4-cü maddələri ilə təqsirli bilinib əmlakları müsadirə edilməməklə müxtəlif cəzalara məhkum olunmuş və CM-in 70-ci maddəsinə əsasən onların hər birisi barəsində 5 (beş) il sınaq müddəti müəyyən edilməklə onlara təyin edilmiş cəzalar şərti olaraq tətbiq edilmiş, Şakir Hüseynov, Telman Səlimov, Vidadi Hüseynov və Ilham Hüseynovun üzərinə müqavilələrin şərtlərinə uyğun olaraq iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə müxtəlif sahələri olan mənzillər tikib vermələri vəzifəsi qoyulmuş və Ş.Hüseynovun üzərinə zərərçəkmişlərə müqavilənin şərtlərinə uyğun olaraq mənzillərin tikilib veriləcəyi vəzifəsi qoyulduğundan, həmin vəzifələrin icrasına köməklik məqsədilə ona məxsus olan və üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 30 ünvanında yerləşən 41 saylı mağaza, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 30 ünvanda yerləşən «Tac» kafesi, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 saylı evin 53 və 54-cü mənzilləri/, «Toyota Lexus LX-470» markalı Az 10-SD-088 dövlət qeydiyyat nişanlı və «Mersedes Benz S 320 CDİ» markali Az 10-BG-320 dövlət qeydiyyat nişanlı avtomaşınların, habelə Hüseynov Vidadi Hüseyn oğluna məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 22-ci məhəllə, yaşayış sahəsi 126,6 kvm. və köməkçi sahəsi 82,7 kvm. olan dörd otaqdan ibarət yaşayış evinin üzərindən həbs götürülmüşdür. Iş üzrə istintaq orqanı tərəfındən məhkəməyə göndərilmiş 17 (on yeddi) nüsxə layihələr
Şakir Hüseynova qaytarılmış, Şakir Hüseynovdan 75.000 ABŞ dolları məbləğində pulun alınıb Qalib Məmmədbəyliyə verilməsi barədə qərar qəbul ediimişdir.
Hökmdon zərərçəkmiş şəxslər və onların nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və İnzibati xətalara dair işlər üzrə Məhkəmə Kollegiyasının 20 noyabr 2009-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər S.A.Mirzəyev və C.C.Ramazanovdan ibarət tərkib) (anlaşılmazlığm aradan qaldırılması haqqında 18 dekabr 2009-cu il tarixli qərar nəzərə alınmaqla) Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü Ş.Hüseynova aiä hissədə dəyişdirilmiş, hökmün nəticəvi hissəsindən Ş.H.Hüseynovun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair hissə xaric edilmiş, ona CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına həbsdə olduğu müddət hesablanmış və qəti olaraq təyin olunmuş 8 (səkkiz) il 8 (səkkiz) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 20 oktyabr 2009-cu il tarixdən hesablanması qərara almmışdır.

Hökmün nəticəvi hissəsində Şakir Hüseynovun barəsində olan “əmlakı müsadirə olunmamaqla” göstərişi “əmlakı müsadirə olunmaqla’’ sözləri ilə əvəz edilmiş, ona məxsus üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 30 ünvanda yerləşən 41 saylı mağaza, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 30 ünvanında yerləşən «Tac» kafesi, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 saylı evin 53 və 54-cü mənzilləri, «Toyota Lexus LX-470» markalı Az 10-SD-088 dövlət qeydiyyat nişanlı və «Mersedes Benz S 320 CDİ» markalı Az 10-BG-320 dövlət qeydiyyat nişanlı avtomaşınların və Hüseynov Vidadi Hüseyn oğluna məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 22-ci məhəllə, yaşayış sahəsi 126,6 kvm., köməkçi sahəsi 82,7 kvm. olan, dörd otaqdan ibarət yaşayış evi zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi məqsədi ilə müsadirə edilmişdir. Hökmün nəticəvi hissəsindən Ş.Hüseynovun üzərinə qoyulmuş müqavilələrin şərtlərinə uyğun olaraq zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə müxtəlif sahələri olan mənzillər tikib verməsi vəzifəsi xaric edilmişdir…».

Beləliklə, Ali Məhkəmənin Cinayət Kollegiyası 7 sentyabr 2011-ci il tarixli qərarında işin hallarını, Şakir Hüseynov tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini və s. araşdıraraq qərar verir: «Kassasiya şikayəti təmin edilməsin!».

Ali Məhkəmənin Cinayət Kollegiyasının 7 sentyabr 2011-ci il tarixli qərarında bir daha vurğulanır ki, Ş.Hüseynov yaxın qohumları ilə birləşərək mütəşəkkil dəstə yaradaraq ümumilikdə 120 şəxsin təkrarən etibarından sui-istifadə edərək, aldatma yolu ilə cəmisi 3 milyon 790 min 225 manat ABŞ dollarını ələ keçirmiş, 1 yanvar 2002-ci il tarixdən 31 may 2007-ci il tarixədək olan müddətdə bilərəkdən bəyannamələrə yalan məlumatlar yazmaqla 2,495 milyon manat, 31 may 2007-ci ildən 01 sentyabr 2007-ci ilədək 46,3 milyon manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

Ən maraqlısı və hazırda da zərərçəkmişləri düşündürən sual budur ki, bütün bu əməliyyatlarda atası Şakir Hüseynovla, əmisi Vidadi Hüseynovla və digərləri ilə birbaşa iştirakçılıqda olmuş, pulları qəbul etmiş, sənədləşmələri aparmış Tural Şakir oğlu Hüseynov həbs edilməmişdir…

(Davamı var)

«Təzadlar»
Text-to-Speech

DİNLƏ






Şərh yaz