Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
iclasda 150-dən çox müraciətə baxılıb.
Bununla da iclaslarda baxılan məsələlərin sayı 1100-ü ötüb.
***16:17
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası başlayıb.
İclasda əfvlə bağlı müraciətlərə baxılır.
Bu günə qədər iclaslarda baxılan müraciətlərin sayı 1000-i ötüb.
Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.