Axtarış...

`Azercell`dən narazılıqlar artır... - "Artıq 1 aya yaxındır..."

`Azercell`dən narazılıqlar artır... - "Artıq 1 aya yaxındır..."

"Şikayətim "Azercell" barədədir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Fuad adlı istifadəçi giley edir.

Daha sonra narazı vəttəndaş etirazına nədən olan durum barədə açıqlama verir:

"Artıq 1 aya yaxındır internetdən normal istifadə eləmək mümkün deyil.

Hər dəfə çağrı mərkəzinə zəng edəndə qeydə alırlar amma əlaqə saxlayan ya da, problemi həll edən yoxdur..."

DİA.AZ xatırladır ki, "Azercell"lə az əvvəl daha bir problemli xəbəri təqdim emişdik. Məlumatda deyilirdi..

"Azercell"in bəzi xidmətlərində yenidən problemlər yaranacaq.

DİA.AZ xəbər verir ki, bu dəfə problemlər 2-3 noyabr tarixlərini əhatə edəcək.

"Azercell Telekom"un abonentləri bu kimi problemlərin mütəmadi və davamlı olaraq yaşandığını bildirirlər.

Şirkət isə yaranan problemlərin göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar olduğunu iddia edir.

Qeyd edilir ki, çətinliklər 02.11.23-cü il tarixi saat 23:00-dan etibarən 03.11.2023-cü il tarixində gecə saatları ərzində davam edəcək.

Xatılrladaq ki, şirkət bundan əvvəl problemlərin ayın 1 və 2 tarixlərində olacağını bildirmişdi.

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz