Axtarış...

"Yardımlı İH-də olmuşam, 1111-ə zəng vurmuşam..." - NARAZILIQ VAR...



Yardımlı rayonu Avaş kənd sakini, 44 günlük Vətən müharibəsi iştirakçısı Həmdulla Qəyyubov rayon icra hakimiyyətindən şikayətçidir.

Millitv.az bildirir ki, bu barədə Bakupost.az –a müraciət edən H.Qəyyubov deyir ki, cəmi 430 manat maaşla 9 nəfərlik ailəni dolandırır:

“Hazırda Avaş kəndində yaşayıram. Ali təhsilliyəm, kənd təsərrüfatı işçisiyəm. İxtisasım üzrə Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) işləyirəm. 430 manat əməkhaqqı alıram. Bu da mənim ailəmə kifayət etmir. 9 nəfər ailə üzvüm var. Hazırda 4 övladım ali təhsil alır. Biri ödənişlidir. Həmçinin, iki banka kredit borcum var. Yoldaşım orta ixtisas təhsilli olaraq işsizdir. Dəfələrlə Yardımlı İH-də olmuşam, 1111-ə zəng vurmuşam. Videoformatda Prezident Administrasiyasına qoşulmuşam, Zeynal Nağdəliyevin qəbulunda olmuşam.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmiləri Himalay Məmişov və Vüsal müəllimlə görüşmüşəm. Lakin heç bir kömək olunmayıb. Həyat yoldaşım işsiz kimi 3 ildir məşğulluqda qeydiyyatdadır. Bu günə qədər heç bir iş təklifi olunmayıb.

Yardımlı rayon İcra Hakimiyyəti r ayondakı işləri pulla satır. Mənim də pulum olmadığı üçün iş vermirlər”.
Qeyd edək ki, H.Qəyyubov 49 yaşında tağım komandiri kimi Vətən müharibəsində iştirak edib.

“Ehtiyatda olan zabit idim. Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasında iştirak etmişəm”, - deyə o, vurğulayıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz