Axtarış...

"Ermənistanın əsas vəzifəsi sülhə nail olmaqdır, Qərbin hərbi bazalarını açmaq deyil" - Paşinyan

"Ermənistanın əsas vəzifəsi sülhə nail olmaqdır, Qərbin hərbi bazalarını açmaq deyil" - Paşinyan


"Ermənistanın qarşısında duran əsas vəzifə regionda uzunmüddətli sülhə nail olmaqdır, Qərbdən hərbi bazalar açmağı, silah-sursatla təmin etməyi tələb etməməkdir".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Wall Street Journal -a müsahibəsində deyib .

Paşinyan Ermənistan və Rusiya arasındakı tarixi əlaqələrə dair suala cavab olaraq, ilk növbədə diqqəti “Türkiyə və Azərbaycanla tarixən daha uzun qonşuluğa” yönəltməyə çağırıb.

"Bütün suallar və cavablar buradadır. Biz ilk növbədə regionda münasibətləri yaxşılaşdırmaq üçün çalışmalıyıq", - Ermənistan hökumətinin başçısı bildirib.
O qeyd edib ki, yaxın aylarda Azərbaycanla sülh sazişinin imzalanmasının mümkünlüyünə nikbin yanaşır.

Baş nazirin qeyd etdiyi kimi, regionun gələcəyi uzun illərdir bağlı olan sərhədlərin və ticarət yollarının, o cümlədən Ermənistanın suverenliyinə hörmət şərti ilə Azərbaycan və Türkiyə arasında Ermənistan vasitəsilə quru əlaqəsinin açılmasındadır.

"Təhlükəsizliyə təkcə ordunun köməyi ilə deyil, həm də regionda sülhün bərqərar olması ilə nail olmaq olar", - Paşinyan bildirib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz