Axtarış...

Geofizika və Geologiya İdarəsində NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC FAKTLAR

Geofizika və Geologiya İdarəsində NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC FAKTLAR



Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı elektron poçtuna daxil olan, eləcə də fb səhifəsində yazılan bəzi informasiyaları (lakin sonradan bəzi məmurların təkidi ilə şərh müəlliflərinin özlərinə sildirilən, amma NHMT-nin arxivində saxlanılan) bəzi şərhlərdən bəhs edərkən «Təzadlar»a maraqlı açıqlamalar verdi. Bu barədə ayrıca bəhs ediləcək. Bu məsələdə olduqca maraqlı olan isə aşağıda adı çəkilən bəzi məsul şəxslərin SOCAR rəhbərliyinin başı üzərindən ölkə kənarındakı bəzi şirkətlərlə sual dolu əlaqələridir. Şikayətçi neftçi yazır:

«Müraciətim SOCAR prezidenti cənab Rövşən Nəcəfə ünvanlıdır.

Hörmətli Rövşən müəllim! Nəzərinizə çatdırıram ki, İstanbuldakı şirkətin adı «Platinum Group Dış Ticaret limited»dir. Həmin şirkəti isə İlyas Bağıyev və adını hələki çəkmək istəmədiyim bir şəxs idarə edir.

Hörmətli SOCAR rəhbərliyi, kömək məqsədi ilə bu məlumatı Sizə ötürürəm, buyurun balaca bir idarədə görün nələr edirlər. SOCAR-ın Geofizika və Geologiya İdarəsində dediyimizdən də dəhşətli korrupsiya fəaliyyəti həyata keçirirlər. Bu podratçı məsələlərin icində indiki Elmi- Tədqiqat İdarəsində işləyən Hafiz Şəkərovun da əli var, iz itirmək üçün Şəkərovu Baş ofisin şöbə müdiri Fərhad İbadovun vasitəsilə Elmi-Tədqiqat İdarəsinə keçirdilər. Hafizin işi şöbə müdiri kimi Elçin Şirinov və Fərhad İbadovun göndərdikləri firmalarla danışıq aparıb onlara tenderdə şərait yaratmaqdır. Ən çoxu da Teymur Qurbanov adlı şəxslə işləyirdilər, firmasının adı belədir: «Grand Caucasus Ltd». Məlumat verim ki, KGİB-mü üçün alınmalı olan avadanlıqları göstəriş əsasında Hafiz Şəkərov hazırlayırdı və arayış təqdim olunurdu ki, mütləq bu avadanlıqlar alınmalıdır və bu firma bizə yarayır və s. Bu faktı bəlkə də bilmirsiniz, tapşırın, araşdırsınlar. Belə ki, Hafiz Şəkərov da orda ailə podrati açıb, oğlu Elçin və yoldaşı orda işləyir.

Bundan əlavə, «Azneft» İB bir müddət əvvəl SOCAR-ın Geofizika və Geologiya İdarəsinə layihə verdi və dedilər ki, heç bir podratçı cəlb etmədən özünüz işləyə bilərsinizsə, işləyin. Geofizika və Geologiya İdarəsinin rəisi də razılaşır və fürsətdən istifadə edib «Azneft» və SOCAR rəhbərliyinin gözündən yayınıb Vahid Xankişiyevin podratçı olan firması ilə müqavilə bağlayır, müqavilədə adın qoyur ki, həmkar köməkliyi, yəni pulsuz dəstək! Nəticədə «katamaran» tipli gəmi və katerlərlə iş baş tutur. Bundan sonra «Azneft» pulu ödəyir və ardınca Vahid Xankişiyevin firmasına pul verilir. Bütün bu proseslər SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinovun, Sarvan Mansurovun və vasitəçilik edən Vahid Xankişiyevi Elçin Şirinovla tanış edən Azad Rzayevin, Dadaş Həsənovun və İlyas Bağıyevin təşkilatçılığı ilə baş tutur.

geofizika-v-geologiya-idarsi

Bəs SOCAR-«Downstream-Management» MMC-də işləyən İlyas Bağıyev kimdir? Qısa məlumat verim ki, o, «Azəriqaz» İB-nin satınalma şöbəsində 14 dərəcəli mütəxəssis kimi işləyib, bir müddət sonra Fuad Həziyevin xahişi ilə Geofizika və Geologiya İdarəsinin satınalma şöbəsinə rəis müavini gətirilib, daha sonra rəis və ardınca da qısa vaxt ərzində bahalı maşın, ev və s. əldə edir. Bunları araşdırmaq üçün Geofizika və Geologiya İdarəsinə keçəndən sonra aldığı vəzifə maaşı ilə maşın, ev və s. alınmasını tarixlərlə tutusdurmaq kifayət edər. Hal-hazırda SOCAR-«Downstream-Management» MMC-də işləyir, bu cür işləri görən adama məncə elə bir postu etibar eləmək çox təhlükəlidir. Hər halda, mən sözümü dedim. Təbii ki, məqsədim SOCAR-da can qoyan sadə-zəhmətkeş neftçilərin zəhməti bahasına qazanılan pulların bəzilərinə yem olmasının qarşısının alınmasıdır. Bu pullar indi Qarabağda lazımdır. Nə qədər ki, obyektiv audit aparılmır, məcburuq ictimailəşdirək.

Sağ olsun Arzu xanım Cavadova, Geofizika və Geologiya İdarəsinə aradabir dərs verir. Yaxşı ki, həm də Elçin Bağırov kimi rəhbərlərimiz var, düzdür, onları da bəzi işlərdə aldada bilirlər. Bir məsələni də xatırladım: Fuad Həziyevin adamı olan İlyas Bağiyevin sadalanan əməllərini ortaya qoymaqla yuxarı rəhbərliyi bu məsələdə diqqətli olmağa səsləyirəm. Hələ mən onu demirəm ki, sən demə, «Kaspian şhiping» də İlyas Bağiyevin imiş. Artıq yetərincə sübutlar da var.

Yəqinki İlyas Bağiyevin Türkiyədə açdığı firma barədə məlumat hər kəsi maraqlandırır. «Caspian Geo- Marine» adlı şirkətin adı Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinova yaxşı tanış olmalıdır. Onun Sarvan Mansurov, Dadaş Həsənov və İlyas Bağiyevlə olan iş birliklərini SOCAR rəhbərliyində bilirlərmi?

Yaxşı, bilirsinizmi ki, «Azneft» İstehsalat Birliyinin Geofizika və Geologiya İdarəsinə verdiyi və Qara dənizin tranzit zonalarında dayaz sularda İlyas Bağıyevin «katamaran» tipli kiçik gəmisi və qayıqları işləməkdədir. Onlarda seysmik hörüklərdən də, yəni (kabellərdən də) istifadə edilir, kabellər də İlyas Bağıyevin şirkətinindir. Maraqlısı odur ki, onun bu firması tenderi necə udub? İlyas Bağıyev əvvəl Geofizika və Geologiya İdarəsində işləyib.

Hörmətli SOCAR rəhbərliyi, bir daha xahiş edirik araşdırılsın ki, İlyas Bağıyevlə Dadaş Həsənov barədə nə kimi məlumatlar var… Bir sözlə, bizdən demək, SOCAR rəhbərliyindən isə tədbir görmək! Tədbir görülməsə, onda məcburuq cənab Prezident İlham Əliyevə yazıb kömək istəyək.

Keçən ilin yay aylarında Geofizika və Geologiya İdarəsinin min KGİB-i üçün xarici ölkələrin birindən D-unit avadanlıqları alınıb ki, çöl seysmik işlərində istifadə edilsin. Dəyəri milyondan yuxarı olan avadanlıq alınıb, lakin avadanlıq uyğun gəlməyib, hələ də idarənin anbarında saxlanılır, üstünü toz basıb. Xahiş edirəm bunu da işıqlandırasınız. İndi soruşuram: Sizcə SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi cənab Elçin Şirinov tərəfindən «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 7.2-ci bəndi necə pozulub? Qanunun 7-ci maddəsində yazılır: «Yaxın qohumların birgə işləməsinə yol verilməməsi 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. 7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır».

Bu da rəis E.Şirinovun qohumları:

-Şirinov Mübariz İnqlab oğlu-(E.Şirinovun Qardaşı), Nəzarət ölçü cihazları və kabel xidmət sahəsi, xidmət sahəsinin rəisi.

-Elvin İsmayılov Oruc oğlu (E.Şirinovun bacısı oğlu), MGMEİE ekspedisiyasının rəisi;

-Orxan İsmayılov Oruc oğlu (E.Şirinovun bacısı oğlu), Qravimaqnitometrik kəşfiyyat partiyasının rəisi;

-Musayev Elçin Məhəmməd oğlu (E.Şirinovun qohumu), Səngəçal ekspedisiyasının rəisi;

-Quliyev Elçin (E.Şirinovun Qaynı), İstehsalata xidmət bazasında Energetika xidmət sahəsinin rəisi;

-Elbrus Şirinov (E.Şirinovun əmisi oğlu), KGİB- nün Dəniz seysmik ekspedisiyasında mövsümi fəhlə;

-Mürvət Əliyev (E.Şirinovun xalası qızının yoldaşı), KGİB-nün Dəniz seysmik ekspedisiyasında mövsümi fəhlə;

Bundan başqa, Baş ofisdə Geofizika şöbəsinin rəisi Fərhad İbadovun qardaşı GGİ-nin KMAİB-də mövsümi qazanxana işçisi;

-Fərhad İbadovun qardaşının yoldaşı MGM qəbul emalı dəstəsinin rəisi;

-Abasov Qorxmaz Əvəz oğlunu İstehsalata xidmət bazasından 11-ci dərəcədən GGİ-nin Layihə- simeta tikinti Şöbəsinə 15-ci dərəcə ilə vəzifəyə kecirdilər(diplomu musiqi müəllimliyidir)…».

***

Beləliklə, «Təzadlar» olaraq məqsədimiz cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində ictimaiyyətin və medianın rolunun nə dərəcədə olmasını sübutlamaqdır.

Mövzuya qayıdacağıq və şikayət məktubunda adı çəkilənlərin narazı qaldıqları məsələlərlə bağlı mövqeyini dinləməyə hazırıq…

Sonda bir daha neftçilərə dəstək verdiyinə görə NHMT-nin rəhbəri xanım M.Qəhrəmanlıya təşəkkürümüzü bildiririk.

«Təzadlar»
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz