Axtarış...

“Şahdağ” haqda ŞOK: 1.2 milyon vergidən yayınma, qanunsuz elektrik istehsalı - RƏSMİ İTTİHAM

“Şahdağ” haqda ŞOK: 1.2 milyon vergidən yayınma, qanunsuz elektrik istehsalı - RƏSMİ İTTİHAM


Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ Turizm Mərkəzi” QSC 1,2 mln. manat məbləğində əmlak vergisi ilə bağlı ödəməni dövlət büdcəsindən yayındırıb.

Millit.az xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən Cəmiyyətdə aparılan audit yoxlaması zamanı üzə çıxıb.

Belə ki, 2022-ci ildə faktiki hesablanmış əmlak vergisinin hesablanmalı əmlak vergisinə nisbətən azaldıldığı müəyyən edilib. “Şahdağ Turizm Mərkəzi”nin balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyərinə əsasən 2022-ci il üzrə hesablanmalı əmlak vergisinin məbləğinin 2,6 mln. manat olduğunu nəzərə alaraq müvafiq dövr üçün vergi orqanına təqdim edilmiş Əmlak vergisinin bəyannaməsində əmlak vergisinin məbləği 1,4 mln. manat əks etdirildiyindən, dövlət büdcəsinə hesablanmalı 1,2 mln. manat məbləğində əmlak vergisi azaldılıb.

Bundan əlavə, Cəmiyyətin işçilərinin sayı və balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri göstəricilərinə əsasən Vergi Məcəlləsinin tələblərinə uyğun Cəmiyyətin mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınması təmin edilməyib, Bakı şəhəri üzrə DVX-nin Milli Gəlirlər Baş İdarəsində deyil, Qusar rayonu üzrə 3 saylı Ərazi Vergilər İdarəsində uçota alınıb.

Audit zamanı müəyyən edilib, Mərkəz həmçinin, qanunsuz elektrik enerjisi istehsal edib. Belə ki, Cəmiyyətin tərkibində Qusar-Ləzə yolunun 29-cu kmdə yerləşən Birləşmiş İstilik Elektrik Stansiyası fəaliyyət göstərir. Stansiyada “Azəriqaz” İstehsalat Birliyindən alınmış təbii qazdan istifadə edilməklə ümumi elektrik enerji gücü 10,5 mvt olan elektrik enerjisi istehsal edilib, amma müvafiq icazə Energetika Nazirliyindən alınmayıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz