Axtarış...

İcra başçısı milyonluq obyektini gizli satışa çıxardı - FOTOLAR

İcra başçısı milyonluq obyektini gizli satışa çıxardı - FOTOLAR

Məlum olduğu kimi, bu ilin aprel ayının 7-də Milli Məclisdə bələdiyyələr və torpaq sahələri ilə bağlı məsələlərin müzakirəsi zamanı deputat Etibar Əliyev hazırda Şirvanın icra başçısı olan İlqar Abbasovu “topa tutaraq”, onu 14 il rəhbəri olduğu Suraxanı rayonunu talan etməkdə ittiham etmişdi.

Seputat o zaman parlamentdə belə çıxış etmişdi: “Seçildiyim Suraxanı rayonuda 20 ilə yaxın müddətdə dərəbəylik hökm sürüb. Bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bu rayonda icra başçısı işləmiş İlqar Abbasov rayonun nə torpağı varsa hamısını satıblar və zəbt ediblər…”.

Deputatın sözlərinə görə, 222 min əhalisi olan bir rayonda bir peşə məktəbi yoxdur, lakin 10-larla pab-restoranlar, qəlyanxanalar, diskoteka klubları var: “Peşə təhsili məktəbinin tutumuna uyğun torpaq sahəsi tapmaq mümkün olmayacaq. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov, Mayis Məmmədov və Abutalıbovun yaxın qohumu hasara alıblar. Milyonlarla manata evtikənlərə satırlar. Bu vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma halıdır və həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır”.

Maraqlıdır ki, deputatın bu çıxışından bir gün sonra onun köməkçisi Pərvin Mahmudov sosial media hesabından paylaşdığı statusda icra başçısı İlqar Abbbasovun Suraxanıda olan milyonluq əmlakını satışa çıxardığını yazıb.

O, bu paylaşımına fotolarda əlavə edərək bildirib: “Millət vəkili hörmətli Etibar Əliyev Milli Məclisin dünənki iclasında Suraxanı rayonunda böyük torpaq sahələrinin qanunsuz zəbt olunması və satılması barədə çıxış etmişdi. Bu faktlardan birini də mən qeyd etmək istəyirəm. Şəkildə gördüyünüz (həmin şəkillər aşağıda verilib) obyekt – “Mokka lounge&pub” Şirvanın indiki, Suraxanı rayonuna 14 il rəhbərlik etmiş icra başçısı İlqar Abbasova məxsusdur. 20 sotda tikilmiş obyekt bir müddət əvvəl satışa çıxarılıb. Obyektin satış qiyməti nə az nə çox 2 300 000 manat olaraq müəyyən edilib. Hazırda 10 000 manata aylıq icarədə olan obyekt İlqar Abbasovun Suraxanıdakı “nişanə”lərindən sadəcə biridir. Fikir verin, adam özü Şirvanda icra başçısı vəzifəsini tutsa da, Suraxanı rayonunun ərazisində bu və buna bənzər milyonluq obyektlərə sahibdir. Maraqlıdır, icra başçısı milyonluq ticarət obyektlərinə hansı yollarla sahib çıxıb? Suraxanı rayonunda İlqar Abbasova məxsus olduğu bildirilən digər obyektlər də var. Bununla bağlı araşdırmamız davam edir. Ən qısa müddətdə daha ətraflı paylaşım olacaq”.

Maraqlıdır, görəsən, aradan ötən 6 ayda icra başçısı həmin mülkü sata bilibmi?

Bu və ya digər məqamla bağlı araşdırma apararkən öyərndik ki, icra başçısı İlqar Abbbasov 6 ay əvvəl barəsində yazılanlarIn çoxunu internet resurslarından sildirməyə nail olub.

Hətta iddialar var ki, hazırda Şirvanda bacanağı ilə əl-ələ verib işləyən İlqar Abbasov həmin vaxtı təkcə müzakirəsi gedən 2.3 milyonluq əmlakını satışa çıxarmayıb: “O, başqa əmlaklarını da satışa çıxarıb. Burada əsas faktor isə siyasi səbəb olub…”

Hələlik “siyasi faktor”la bağlı iddialarla bağlı mövzuya qayıdacağıq.

MİA.AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz