Axtarış...

BU NƏDİ BELƏ: Naxçıvan büdcəsi TAMAMƏN BOŞDUR... - Maaşların verilməsi dayandırılıb...



Naxçıvanda dövlət büdcəsindən maliyyəşən əksər müəssisə və təşkilatların əməkdaşlarının maaşı gecikdirilir. Bura minlərlə işçisi olan səhiyyə və təhsil müəssisələri də daxildir. Maaşların gecikməsinə səbəb kimi isə, büdcədə pul olmaması göstərilir. Maliyyə probleminə görə, Naxçıvanda sosial müavinətlər də gecikdirilir.
Şərur rayonundakı orta məktəblərin birində müəllim işləyən Pərvanə Cəlilova deyir ki, məzuniyyət pullarını ala bilsələr də, sentyabr ayının maaşı hələ də köçürülməyib:
“Adətən sentyabr maaşları iki dəfəyə verilir. 15 gün məzuniyyət müddətinin pulu, sonrakı 15 gün dərs dediyimiz üçün fərqli hesablanır. Ayın ortalarında məzuniyyət pulu ödəndi. Maaş isə hələ də ödənməyib. Bəzi istisnaları çıxmaq şəırtilə maaşlarımızı həmişə ayın sonunda ödəyirdilər. İndi deyirlər ki, maliyyə problemi var, gözləyin, bir neçə günə ödənəcək. Biz müəllimlər maaşa baxan adamlarıq, başqa gəlirimiz yoxdur”.
Naxçıvan MR Xəstəxansında çalışan, adının çəkilməsini istəməyən tibb bacısı da maaşlar gecikdiyindən problemlərlə üzləşdiklərini bildirir:
“Bir tərəfdən maaşımızı azaldırlar, digər tərəfdən də ödəməsini yubadırlar. Bu gün-sabah edirlər. Biz maaşa işləyən adamlarıq. Maaş yubananda problemlərimiz daha da artır. İki uşaqla kirayədə qalıram. Kirayəni vaxtında ödəməyəndə deyirlər ki, tərk elə. Hər ayın sonu maaş aldığımız üçün kirayənin verilməsini də həmin vaxta razılaşmışdıq. Sentyabrın maaşı vaxtında verilmədiyi üçün, ev sahibi ilə də problemlər yaranıb. Şikayət edəndə deyirlər ki, pul yoxdur. Biraz dərinə gedən də işdən çıxarmaqla hədələyirlər”.
Naxçıvan MR Maliyyə Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı da maaşların gecikdirilməsinə səbəbin müvəqqəti maliyyə problemi olduğunu bildirdi.
Gündəlik Naxçıvan
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz