Axtarış...

Hər gün pasiyentlərə aşağı dozada narkotik verən Elgiz Şirinov 2000 narkomana bu qədər narkotiki haradan alır?

Hər gün pasiyentlərə aşağı dozada narkotik verən Elgiz Şirinov 2000 narkomana bu qədər narkotiki haradan alır?


Xeyli müddətdir ki, Elgiz Şirinovun təsisçi və direktor olduğu, 5 ildən artıqdır qanunsuz fəaliyyət göstərən, 18 fililalı olan “Reablitasiya Mərkəzi”nin cinayət əməlləri barədə araşdırma yazıları dərc edirik. Elgiz Şirinov öz fb səhifəsində, qurumun instagram səhifəsində qeyd edir ki, pasiyentlərə, yəni narkotik asılılığı olan şəxslərə AŞAĞI DOZADA narkotik verməklə asılılığı azaldır, guya bu metodla onları müalicə edir.
Təsəvvür edirsiniz, bütün dünya narkomaniyanın qarşısında aciz qaldığı bir zamanda heç bir tibbi təhsili olmayan, özü narkoman olan Elgiz Şirinov narkomaniyanın müalicəsini kəşf edib. Bunu bir kənara qoyaq. Görəsən minlərlə gəncə hər gün aşağı dozada narkotik verən Elgiz Şirinov bu qədər narkotiki haradan alır..?
Təsəvvür edirsiniz, Reablitasiya Mərkəzinin 18 filialı var, hər filailda ən azı 80-90 nəfər var... İndi özünüz hesablayın ki, hər gün neçə kiloqram narkotik sərf olunur. 18 x 80-90 = 1440- 1620...yəni 2000-ə yaxın narkomana lap ən aşağı dozada narkotik versən...bu hər gün neçə kiloqram narkotik edir. Bax, məsələnin kökü burada gizlənib.
Deməli, Elgiz Şirinov narkotacirlərlə və onları müdafiə edən şəxslərlə birgə əməkdaşlıq edir. Yəni Reablitasiya Mərkəzi adı altında böyük bir cinayətkar şəbəkə hər gün milyonlar qazanır. Onu da qeyd edək ki, Elgiz Şirnovun müştəriləri sadə insanlar deyil. Elgiz Şirinov imkanlı, vəzifəli şəxslərin övladlarını müalicə adı altında girov saxlayır. Həm milyonları mənimsəyir, həm də həmin imkanlı, vəzifəli şəxslərdən lazım olanda istifadə edir, onları ŞANTAJ edir. Elgiz Şirinovun həyat yoldaşı isə vəzifəli və imkanlı şəxslərin qız-gəlinlərini, xanımlarını guya müalicə edir. Detallara varmadan onu qeyd edək ki, vaxtilə 5 manata görə, dost-tanışın ayaqqabılarını silən Elgiz Şirinov hazırda milyonçuya çevrilib, Bakıda milyonluq mənizlləri, 100 minlər dəyəri olan avtomobili, bağ evləri və s. Bütün bunlar hamısı narkotik satışından gələn pullardır. Mövzudan yayınmayaq.
Bu yazının əsas mövzusu Elgiz Şirinovun bəzi dövlət məmurları ilə, hətta Hüquq Mühafizə Orqanlarının bəzi nümayəndələrilə sıx əlaqəsindən gedir. Təsəvvür edirsiniz, Elgiz Şirinov Bakının, Abşeronun müxtəlif guşələrində özünə şəxsi evləri, bağları məkan seçərək 18 filial yaradıb. Hər filialın müdiri də narkomandır. Biz uzun-uzadı Elgiz Şirinovun filailları işgəncə yerinə çevirməsindən, Reabilitasiya Mərkəzinin özünün “həbsxanası”, “əməliyyat qrupu”, “cəza dəstəsi” və daha nələri...olmasından bəhs etmək istəmirik.
Təsəvvür edirsiniz, kimlərinsə “zakazı” ilə hansısa imkanlı adamların nakoman yaxınlarını müalicə adı ilə maşına basıb Reabilitasiya Mərkəzinə gətirirlər. Elgiz hər yerdə çox yüksək vəzifəli şəxslərin adını çəkir və deyir ki, Reabilitasiya Mərkəzinin sahibləri onlardır. Elgiz hətta sponsorlarının da adlarını çəkir, amma özü hər narkomanın valideynlərindən 1500-6000 manat arası pul alır... Biz Elgiz Şirinovun külli miqdarda pul qazanıb vergidən yaylnmasından da bəhs etmirik. Qoy bununla Vergilər Dövlət Xidməti məşğul olsun. Bütün bunlar azmış kimi Elgiz Şirinov və dəstəsi öz müştərilərinə cəza verir, suda boğur, hətta asırlar. Və bunun nəticəsi olaraq Mərkəzin sakinlərindən biri işgəncələrə dözməyərək dünyasını dəyişib. Və bununla bağlı cinayət işi açılıb, mərkəzin 3 əməkdaşı 10-11 il müddətinə azadlıqdan məhrum edilib, Amma Elgiz Şirinov azadlıqda əməllərini yenə davam etdirir.
Xatırlatma üçün onu da qeyd edək ki, Elgiz Şirinov və onun cinayətkar dəstəsi ilə bağlı hazırda Abşeron rayon polisində təhqiqat və istintaq prosesi gedir. Bir daha qeyd edirik ki, konkret olaraq bu yazının əsas mövzusu Elgiz Şirinovun bəzi dövlət məmurları ilə sıx əlaqəsilə bağlıdır.
Yuxarıda qeyd etdiyimiz kimi Elgiz Şirinov hər gün neçə kiloqram narkotikdən guya müalicə məqsədi ilə istifadə edir. Bu qədər narkotikin mənbəyi nədir..?
Araşdırma zamanı bizə bəlli oldu ki, bu qədər narkotikin əsasını MÜSADİRƏ OLUNMUŞ narkotik maddələr təşkil edir. Elgiz Şirinovun Reablitasiya Mərkəzinin Xəzər və Abşeron rayonlarındakı filialları bəzi Hüquq Mühafizə Orqanlarının əməkdaşları ilə sıx əlaqədə işləyirlər. Hətta, bəzi yerlərdə söhbətlər gedir ki, Elgiz Şirinov və ətrafında olan narkomanlar ona görə məkanlarını gizli yerdə seçirlər ki, orada narkotik vasitələri əkib-becərə bilsinlər. Bu başqa bir yazının mövzusudur. İndi isə qayıdaq Abşeron və Xəzər rayonlarında Elgiz Şirinovun əməllərinin ört-basdır edilməsinə. Bir müddət öncə Elgiz Şirinov Xəzər rayonunda baş verən hadisəni dostlarına şərh edərkən kimlərin işdən azad olunmasını, kimlərə güzəşt edilməsini ürək yanğısı ilə danışırdı. Elgiz Şirinovun danışıqlarında çox müəmmalardan xəbər verilirdi. Bir çox "vozvratlar"dan söhbət açılırdı.
Bu məsələdə Xəzər RPİ-nin rəisi Əli İbrahimovun əməlləri də xeyli sual doğurur. Bəli, Elgiz Şirinov bəzi hörmətli şəxsləri Hüquq Mühafizə Orqanlarında tanıdığı şəxslərin hədəfinə gətirir, həmin hörmətli şəxslər şər-böhtanla üz-üzə qalırlar, reputasiyaları ləkələnir və s.
Sözün qısası, Elgiz Şirinov və Hüquq Mühafizə Orqanlarında işləyən dostları çox təhlükəli oyunlar oynayırlar. Əslində bu rüsvayçı əməllərdən sonra Elgiz Şirinovun himayəçisi olan dostu dərhal vəzifəsindən getməli idi. Düzdür bu əməllərə adekvat olaraq rəhbərlik tərəfindən gərəkən tədbirlər görüldü, amma yenə də həmin şəxs və ətrafı, Elgiz Şirinovun “navodkası” ilə öz əməllərini davam etdirir.
Biz bir media olaraq bu olayın detallarına varmaq istəmirik. Amma lazım olarsa qaytarılan pullaın miqdarını və digər nüansları yaza bilərik.
Onu da qeyd edək ki, bu məsələdə təkcə Xəzər rayonundakılar deyil, həm də Abşeron rayonundakılar da əsas fiqurlardan biridir. Və ümid edirik ki, onlar yaxın zamanlarda layiq olduqları “mükafatı” alacaqlar.
İndi isə mövzuya əlavə kimi bir məsələyə diqqəti yönəldək. Əlimizdə olan, 26 avqust 2023-cü il tarixdə yazılmış audio materialda Elgiz Şirinov özü öz dili ilə etiraf edir ki, hər filial üçün əvvəlcədən 3000 manat, sonra hər ay üçün 750 manat Hüquq Mühafizə Orqanlarının mənimlə yaxın olan nümayəndəsinə pul ödəyirəm. İndi qoy müvafiq orqanlar 18 filialın əvvəlcədən və hər ay ödədiyi pulun miqdarını hesablasınlar. Təxminən Elgiz Şirinov əvvəlcədən 18 x 3000 = 54000 manat, hər ay isə 13 min 800 manat pul ödəyir. Bütün bunlar Elgiz Şirinovun audio yazısında öz təsdiqini tapır. Biz bu məsələdə qanunu əsas tutduğumuzu dönə-dönə qeyd eləmişik. Ona görə də heç nədən çəkinmirik. Qoy Elgiz, Turan, Musa, Əli kimilər, sonra bizə hədə-qorxu gələnlər bilsinlər ki, qanun qarşısında cavab verməli olacaqlar. Biz dövlətimizi, Prezidentimizin siyasətini, haqq-ədaləti müdafiə edirik.
P.S. Biri qurur, biri tutur, biri alır, biri buraxır! Biri yazır, biri pozmur, biri xoqq edir, biri eşitmir! Birininsə səsi yazılır. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
What i don't understood is in reality how you're
no longer actually much more smartly-favored than you may be now.
You're very intelligent. You already know thus significantly relating to this topic, produced
me for my part consider it from so many various angles.
Its like women and men don't seem to be interested until it's something
to do with Woman gaga! Your personal stuffs excellent. At all times take care of it up!



My site - [url=http://sc.sie.gov.hk/TuniS/ide.geeksforgeeks.org/tryit.php/e4f6b902-525a-42df-9a24-46630fb22b57]m[/url]