Axtarış...

“Həyat üçün şans”- Reabilitasiya Mərkəzində nələlər yaşanır?



Elgiz və arvadının yaratdığı mütəşəkkil cinayətkar şəbəkə… Burada xəstələri döyür, asır, suda boğur, hər cürə işgəncə verirlər… “Həyat üçün şans”- reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov ( Şirinov) barəsində xırda bir araşdırma aparmalı olduq. Və bunun üçün onun https://www.instagram.com/narkomaniya2021/ səhifəsinə daxil olub xəbərləri izlədik.
Təsəvvür edə bilməsiniz ki, bu boyda Reabilitasiya Mərkəzinin təsisçisi və rəhbəri nə qədər savadsız adamdır. Bu məxluq öz səhifəsində müxtəlif videolar, audiolar, şəkillər paylaşır və hər dəfə qarşısına iri hərflərlə yazılmış reklam şüarı qoyur. Fikir verin… “ƏZYƏTSİZ UGURUN ÖMRÜ AZ OLAR”… Gördünüzmü, bu adamın elementar-ibtidai təhsili olsaydı “ƏZİYYƏT” sözünü, “UĞUR” sözünü düzgün yazmağı bacarardı.
Bunun ətrafındakılar da özü ağılda, özü kimi savadsızlardır. Əks halda, səhvi düzəldərdilər. Axı bu reklamlar 100 minlərə hesablanıb. Elgiz Alxanov ( Şirinov ) başqa bir reklam çarxında qarşısına yeni bir şüar qoyub: “AKTUAL MÖVZÜLƏR”… Təsəvvür edirsiniz, bu nə deməkdir… “MÖVZÜ” nədir, ay Elgiz Alxanov ( Şirinov)..? Günah səndə deyil ee, sənə Reabilitasiya Mərkəzi açmağa icazə verən məmurlarda, Səhiyyə Nazirliyindədir…
Başqa bir reklam çarxında Elgiz Alxanovdur, Qalxanovdur nədir deyir: Bizim Reabilitasiya Mərkəzi heç kimə söz vermir, qarantiya vermir, ancaq ŞANS verir… Adama deyərlər ki, hər ay hər xəstədən 1500 manatı alıb məzləyirsən, bura sənin üçün dərnək-zaddır..? Qarantiya vermirsənsə, insanların külli miqdarda pulunu niyə alırsan..?
Hələ bu harasıdır..? https://www.instagram.com/narkomaniya2021/ səhifəsindən bəlli olur ki, Reabilitasiya Mərkəzinin Qadınlar Filialı da fəaliyyət göstərir və Filialın müdiri Elgiz Alxanovun (Şirinov) arvadıdır. Amma orada müalicə alan narkoman qadınlara kişilərin daldan banka qoymasını heç cür anlaya bilmədik… Axı səhifədən göründüyü kimi filialın xeyli sayda qadın əməkdaşı var.
Nə isə, sözün qısası, Elgiz Alxanov (Şirinov) və arvadı ölkədə əməlli başlı cinayətkar şəbəkə yaradıblar. Elgizin arvadı imkanlı, vəzifəli şəxslərin qız-gəlinlərini, həyat yoldaşlarını öz toruna salıb milyonlar qazanır.
Yeri gəlmişkən, vaxtilə dost-tanışdan 5 manat çörək pulu alan və ləqəbi “Dilənçi” olan Elgiz narkotiklərin hesabına Yasamal Rayonu, Nazim Hikmət küçəsindəki evini 100 min manata təmir etdirir, 200 min manata maşın alır və Elgiz hazırda özünə dəyəri 1 milyon olan bağ evi axtarır… Yazıq valideynlər isə ağızlarındakı protezi satıb Elgizə pul gətirirlər və s.
Uzun-uzadı yazmadan, qısa xatırlatma üçün qeyd edək ki, bu Reabilitasiya Mərkəzinin özünün “həbsxanası”, “əməliyyat qrupu”, “cəza dəstəsi” və “karsı”, “polis maşını” və s. hər şeyi var. Bəli, Elgiz Alxanov (Şirinov) “Həyat üçün Şans” Reabilitasiya Mərkəzi adı altında həbsxana yaradıb… Bu adam bir başa dövlətə meydan oxuyur, heç bir məhkəmə qərarı, sanksiya-filan olmadan vətəndaşı maşınlara basıb Reabilitasiya Mərkəzinə gətirirlər. Bu hələ harasıdır…? Burada adamı ayağından asırlar, suda boğurlar, işgəncə verirlər və daha nələr…
Elgiz hər yerdə çox yüksək vəzifəli şəxslərin adını çəkir və deyir ki, Reabilitasiya Mərkəzinin sahibləri onlardır. Bu adam başına 2500 narkomanı toplayıb, özünü muzdlu dəstənin başçısı kimi aparır. Elgiz Alxanov (Şirinov) ölkədə tanınan, nüfuzlu və imkanlı şəxslərin uşaqlarının siyahısını tutub, onları tora salmağın, mala otuzdurmağın, valideynlərindən külli miqdarda pul almağın planlarını cızıb və tapıb… Yəni bu adam birbaşa Dövlətə meydan oxuyur, Azərbaycan Dövlətinə də şər-böhtan atır, hər yerdə deyir ki, polis rəislərinin aylığını verirəm… Hətta tez-tez bəzilərinin adlarını da hallandırır…
Onu da qeyd edək ki, Elgiz Alxanovun (Şirinov) bir qardaşı da Rusiyada yaşayır və o da orada, guya, Reabilitasiya Mərkəzi açaraq narkomanları müalicə edir… Amma əslində, Elgiz və onun dəstəsi narkotacirlərlə sıx əlaqədə işləyirlər, Elgiz, guya, aşağı doza narkotiklə xəstələri müalicə edir.
Əslində, Elgiz (Alxanov) Şirinov ətrafına 2500-dən çox narkoman toplayaraq özü üçün bir “ordu” yaradıb, müxtəlif imkanlı şəxslərin evlərinə, mülklərinə basqın edərək qarət edirlər… Və onu da qeyd edək ki, Elgiz (Alxanov) Şirinovun Reabilitasiya Mərkəzləri Abşeronda, Novxanıda, Binəqədidə, Sumqayıtda özəl obyektlərdə, şəxsi evlərdə fəaliyyət göstərir. Hələ bu harasıdır..? Bəli, şəxsi evlərdə…həm də pəncərələr dəmir barmaqlıqlarla bağlanır, dəstəyi çıxarılır…sözün həqiqi mənasında ZİNDAN… Və içəridə qumarxana, meyxana və s. məclislər…təşkil edilir. Və onu da qeyd edək ki, Elgizin yanında, guya, müalicə olunan narkomanlar bayırdakı narkomanlara imkanlı adamların evlərinin, mülklərinin ünvanlarını ötürüb evləri qarət edirlər… Elgiz o qədər həddini aşıb ki, dövlətin hesabına Reabilitasiya Mərkəzi açmaq istəyənləri şantaj edir, deyir ki, mənim icazəm olmadan onlar heç nə aça bilməzlər…onlar mütləq mənimlə razılaşmalıdırlar…
Bu günlərdə Elgiz Alxanovun (Şirinov) dəstəsi Qarabağ veteranı olan bir şəxsin evinə basqın edərək qarət ediblər. Bir sözlə, Elgizin cinayətkar şəbəkəsi əməllərini davam etdirir… Bundan əlavə, onu da qeyd edək ki, Elgiz Alxanov (Şirinov) həyat yoldaşı ilə birləşərək başına cinayətkar dəstə toplayıb heç bir lisenziyası olmayan evlərdə gizlin fəaliyyət göstərirlər. 2500 adamdan hər ay 1500 manatdan pul alınırsa, görəsən, Elgiz Alxanov (Şirinov) hər ay nə qədər vergi ödəməlidir və nə qədər ödəyir?
Bütün bunların sonunda üzümüzü Hüquq-Mühafizə Orqanlarına, Səhiyyə Nazirliyinə, Dövlət Vergi Xidmətinə tutub soruşuruq: Bu boyda cinayət əməllərini görmürsünüz, cənablar..? Hətta Elgiz Alxanovun işçisi Turan İkram adlı şəxslə şərik olduğunu da bildirir. Bu haqda növbəti sayımızda.
P. S. Onu da bildirək ki, Elgiz Alxanov (Şirinov) barəsində Abşeron Rayon Mehdiabad Polis Bölməsində araşdırma aparılır. Kimin şikayəti varsa, həmin bölməyə şikayət edərək dəymiş ziyanlarını geri istəyə bilərlər. (Gundelik-baku.com)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz