Axtarış...

BEYNƏLXALQ BANKIN QEYRİ-İŞ GÜNLƏRİNDƏ FAİZ SOYĞUNÇULUĞU – Faktlar

BEYNƏLXALQ BANKIN QEYRİ-İŞ GÜNLƏRİNDƏ FAİZ SOYĞUNÇULUĞU – Faktlar


Məşhur “Beynəlxalq Bank işi” ilə Azərbaycanda bank talançılığına imza atmış, dövlətə dəyəri milyardlarla dollarla ölçülən zərər vurmuş Beynəlxalq Bank yenə də aparıcı banklarından biri olaraq qalır.
Lakin bu bankın öz nüfuzuna yaraşmayan fəaliyyəti, müştərilərin faizlərini yeni metodlarla tutması, azca kredit gecikməsi olan vətəndaşlarla qaba danışıq tərzi son günlər əsas şikayətlərin ana xəttini təşkil edir.
TİA.Az xəbər verir ki, bankın ən böyük sistem fırıldaqlarından biri bayram və qeyri-iş günlərində belə müştərilərin kredit borcuna faiz yükləməsidir.
Halbuki həmin günlər bank işləmir, əməkdaşları istirahət edir, terminallarla ödəniş etmək istəsən belə cari hesabda qalır və yalnız rəsmi iş günü başlayanda sistemə oturur.
Ancaq Beynəlxalq Bank bayram və qeyri-rəsmi iş günü olmasına məhəl qoymadan, müştərinin kredit borcunun üzərinə faiz yazır. Bu, qanuna ziddir və soyğunçuluqdur. Əgər bank işləmirsə, sistem də donmalı və faiz gəlməməlidir.
Əməkdaşımızla söhbətində kredit borcu olanlardan birinin sözlərinə görə, geridə qalan bayram həftəsində 7 gün iş olmadı, amma onun kredit borcunun üstünə faiz gəldi.
O, hətta ödəniş imkanı olduğunu, lakin bankın işləməməsi səbəbindən sistemin borcu silmədiklərini bildirib. Həqiqətən də Beynəlxalq banka yaraşmayan yeni fırıldaqçılıqdır.
Bankın əməkdaşlarının müəyyən qədər gecikməsi olan müştərilərlə kobud danışığı, az qala bazar dilində söhbət eləməsi də etik qaydalara sığmır. Üstəlik, pandemiya olduğu, əhalinin sosial çətinlikləri səbəbindən kredit gecikmələri yarandığı nəzərə alınmır.
Bundan əlavə, Beynəlxalq Bankın “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən “Nizami” filialının önündəki növbə, basabas mətbuatda fotolarla əks edilib. Eyni mənzərəni “Xətai ASAN-2” filialı və digər bir çox filialların da qarşısında görə bilərsiniz.
Bu mənzərənin bir neçə səbəbi var. Əlbətə ki, əsas səbəb Azərbaycanın bank sektorunun anormallığı və bu sahədə də digər sahələrdəki kimi inhisarçılığın yüksək səviyyədə olmasıdır. Əksər dövlət qurumlarının maliyyə əməliyyatlarının, pensiya və müavinətlərin, maaşların ödənilməsinin, eləcə də özəl strukturların bank əməliyyatlarının məhz məlum bir neçə iri banka “yönləndirilməsi” nəticədə bu cür acınacaqlı vəziyyətin yaranmasına səbəb olur.
Vətəndaşlara əziyyət vermək, onları saatlarla növbələrdə gözlətmək, aşağı səviyyəli, keyfiyyətsiz xidmətlə insanların əsəblərilə oyanamaq heç bir banka başucalığı gətirmir. Beynəlxalq Bankın timsalında məlum işlə bağlı dövlətə, xalqa vurulan milyardlarla dollarlıq zərər azmış kimi, bir də insanların sağlamlığına bu cür ziyan vurulması ümumiyyətlə, heç bir əndazəyə sığmır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz