Hindistan aviaşirkəti pilotlara və kabin heyətinə ətirdən istifadəni qadağan etməyə hazırlaşır.
Bu barədə Hindistanın Mülki Aviasiya Baş İdarəsi açıqlayıb.
Bununla bağlı aviaşirkət alkoqollu məhsulların istifadəsi ilə bağlı qanuna dəyişiklik təklif edib. Tənzimləmə pilotlar və kabin heyəti üçün uçuşdan əvvəl ağız qarqarası və diş geli kimi spirt tərkibli məhsulların istifadəsi ilə bağlı qaydaları ehtiva etsə də, təklif olunan yeni tənzimləmədə ətirdən istifadə də qeyd olunub.