Rusiya Prezidenti Vladimir Putin xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman imzalayıb.
Bu barədə “Report” RİA “Novosti”yə istinadla xəbər verir.
Rusiyanın dövlət başçısı bəzi məhsulların və xammalın idxalının qadağan olunacağı dövlətlərin siyahılarını iki gün ərzində müəyyən etməyi tapşırıb.
O, həmçinin dekabrın 31-dək Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulmasını təmin etməyi tapşırıb, onların siyahısını hökumət müəyyən edəcək.