Axtarış...

Buralarda hələ də Mehdiyev ab-havasıdır... - İLGİNC İDDİALAR...

Buralarda hələ də Mehdiyev ab-havasıdır... - İLGİNC İDDİALAR...


"Bakı Slavyan Universitetinə Nurlana Əliyevadan sonra Anar Nağıyev rektor təyin edilib.Amma dəyişən elə adlar olub,iş prinsipi qalıb.Yenə də Nurlananın abu-havası var,yenə də Nurlanın adamları hökm sürürlər,yenə Nurlananın qaydaları qüvvədədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Anar Nağıyevin universitetdə sevimliləri var.Onları siz də tanıyın.Rafiq Novruzov adlı şəxs Nurlana Əliyevanın vaxtında elmi işlər üzrə prorektoru olub,eyni zamanda pulları yaxşı yığdığına görə kassa da ona tapşırılıbmış.İşə düzəlmək istəyən bu prorektora təxminən 20 min AZN ödəməklə arzusuna çatırmış.Rafiq indi də Anarın xususi hörmət göstərdiyi personadır.BSU adından bütün xarici səfər siyahılarına mütləq şəkildə onun adı salınır. "Slavyan filologiyası" kafedrasının müdiridir. edib. Həm də Anar müəllimin "müəllim"i hesab edilir.Ona köhnə "üsülları" öyrədib hazırlaşdırır.
Digər sevimlisi müşaviri Elçin Hüseynovdur.
Hazırda BSU-nu demək olar ki,o idarə edir.Hamı Elçinin qılıncının altından keçir.Anar Nağıyev də iclaslarda hər kəsin Elçinə qulaq asmalı olduğunu bildirir,əməl etmək istəməyənləri hədələyir.Çünki müşaviri qara kassanı dolduran əsas adamlardan biridir.Nurlananın BSU-ya gətirdiyi imtahan keçirilməsi,cavabları yoxlanması qaydalarını "uğur"la tətbiq edir.BSU-da kütləvi kəsirləri dəbə salmaqla tələbələrin,elə vicdanlı müəllimlərin də qəniminə çevrilib.
İmtahan cavablarını üç dəfə yoxlatdırır və müəllimləri tələbələrin qiymətlərini aşağı salmağa məcbur edir.Yoxlamaya gələn müəllimlərin də qarşısını alır.Deyir,rektor Anar Nağıyev şəxsən özü yoxlayacaq.
Elçinə bu əməlində Nurlana Əliyevanın ən qabaqcıl kadrlarından biri-Habil Məmmədov yardımçı olur.İmtahan cavablarını 17 baldan aşağı qiymətləndirir ki, tələbələrin imtahan kəsirlərinin sayı üç minə (3000) çatsın.Hər kəsir Elçinin əli 600 manata düzəldilir. 3000-ni 600 manata vurub alınan nəticəyə baxın.Böyük təhsil biznesidir...Tələbələrin əksəri kasıb,imkanı az olan ailələrdəndilər.Onsuzda gündəlik yaşayış xərcləri asan başa gəlmir.Təhsil müəssisəsinin yataqxanası yararsız olduğuna görə rayondan gələn tələbələr kirayə ev tutub qalırlar.
Universitetdə yeməkxana olmadığı üçün güzəştli yeməkdən də məhrum olublar.Həmkarlar da buna susur.Çünki keçmiş idman müəllimi Əzim rektorun ixtiyar verdiyi adamlardan biridir.Bəzi "mühüm" məsələlər onun vasitəsilə həll olunur.
Elçin Hüseynova hegemonluğunda kömək edənlər də var.Bunlardan biri tədris şöbəsinin müdiri Nəsib Cəbrayılovdur.Keçmişdə tələbə məzun şöbəsinin müdiri işləyərkən seyfində diplomları gizlədib 200-250 manat "şirinliyə" satırmış,digəri rəqəmsal və təminat şöbəsinin müdiri Zümrüd Yolçuyevadır.Heç bir elmi dərəcəsi olmayan Zümrüd yaxın rəfiqəsi Güllü Abdullayeva ilə əl-ələ verib müəllim və tələbələrə qan uddurur,bəziləri bunların əlindən bezib işlərini tərk edirlər.
Anar Nağıyevin başqa bir sevimli kadrı təlim-tərbiyə işləri üzrə prorektor Xanım Sultanovadır.Xanım xanım həm də Nurlana Əliyevanın BSU-ya gətirib doldurduğu ən sevimlisi "bajı"larından biri olub.Keçmişində pioner baş dəstə rəhbəri olmuş bu bajı Nurlananın dönəmində "Bədii-kütləvi tədbirlər" şöbəsi açdıraraq rəfiqəsi Aygün Kərimovanı ora müdir təyin etdirir.Şöbəyə Əli Natiqoğlu kimi təqdim edilən rəqqas da cəlb edirlər.Əvvəlki adı Rüstəm olub,bəzi müəmmalı işlərinə görə elə Xanım Sultanovanın göstərişi əsl adını dəyişib.(Deyirlər Əli Xanım,Aygün və digərləri tərəfindən tez-tez ələ salındığı üçün hətta özünə bir dəfə qəsd etmək məqsədilə dərman içibmiş).
Əli (Rüstəm) Aygünlə birlikdə universitetdəki gözəl vücudlu,qamətli gənclərə göz qoyur,siyahı tutur,onları rəqqas və rəqqasəliyə cəlb edirlər.Bu tələbələr BSU-nun təşkil etdiyi,qatıldığı tədbirlərdə çıxışlar edirdilər.Onlara bunun nazirliyin tapşırığı olduğu deyilirmiş.Etiraz edən tələbələri X.Sultanova qiymətlərində güzəştlər ediləcəyi ilə şirnikləndirirmiş.Tələbələrin dediyinə görə təlim-tərbiyəyə cavabdeh Xanım Sultanova nahar fasiləsində Aygün xanımla qəlyan(nargilə) qüllablamağı çox sevirmiş.
Keçmiş "pioner vojator" Xanım qəfildən prorektor olmağının da səbəbsiz olmadığı deyilir.Onun rəqqasları əsl rəqqasları geridə qoyub müsabiqələrdə irəliləyir,özü karyerasında sıçrayış edir. Deyilənə görə bunlar onun Dövlət Təhlükəsizlik Xidmətində,ASAN Xidmətdə,Elm və Təhsil Nazirliyində yüksək vəzifə tutan himayədarları sayəsində mümkün olub.
Gördüyünüz kimi,Bakı Slavyan Universiteti,onun rektoru,prorektoru,rəhbərliyi özlərinə əməlli-başlı muxtariyyət qurub öz qayda-qanunları ilə günlərini keçirirlər.Paytaxtın düz mərkəzində qocaman təhsil ocağı "boz kardinal" Ramiz Mehdiyevin "boz zona"sına çevrilib.Biz deyirik,qalanını əlaqədar təşkilatlar bilər".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz