Axtarış...

Nurlana Əliyeva barəsində ARAŞDIRMA BAŞLAYIB... - İDDİA

Nurlana Əliyeva barəsində ARAŞDIRMA BAŞLAYIB... - İDDİA

Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva barəsində araşdırma başladılıb. TİA.Az-ın əldə etdiyi özəl xəbərə görə, keçmiş rektorun ayağında külli miqdarda yeyinti olduğuna dair əsaslı şübhələr müəyyən edilib. Hazırda onun rektorluğu dövründə yol verilən mənimsəmə halları ilə bağlı təftiş aparılır.

Məlumatda bildirilir ki, BSU-da olan maxinasiyalar barəsində sorğu-sual başlanıb, ilkin istintaq hərəkətləri aparılır. Qeyd edək ki, N.Əliyeva rektor olduğu dönəmdə ondan tez-tez narazılıq edilib, ali məktəbin fasadındakı mozaikanı sökdürməsi isə etirazlara səbəb olub.

O, keçmiş deputat Hadı Rəcəbli ilə qudadır. Aparılan araşdırmalar barəsində yeni səhih xəbərlər əldə etməyə çalışırıq. Onu da deyək ki, universitetə yeni rektor namizəd irəli sürülüb. Onun kimliyi haqda məlumatlı olsaq da, dəqiqləşdirməyə çalışırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz