"Muxtar Babayev Meşələrin İnkişafı Xidmətini və Biomüxtəlifliyin Mühafizəsi xidmətini publik hüquqi şəxsə çevirmək istəyir. Yəni özü özünü maliyyələşdirən, büdcədən asılı olmayan, vətəndaşlara ödənişli xidmətlər göstərən təşkilatlara. Bu meşələrin və biomüxtəlifliyin kütləvi məhvinə gətirəcək". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "Meşə fondu 10 milyon manatdan artıq olan onsuz da məhdud illik büdcəsini meşənin hansı xidmətləri hesabına qarşılaya bilər? Ancaq ağac kəsib satmaqla. Giləmeyvə toplamaqla olan şey deyil bu.
Biomüxtəlifliyin mühafizəsi özünü necə maliyyələşdirə bilər? Biomüxtəlifliyi sataraq ov turizmi ilə. Turistin verdiyi 2 manatla 5 manatla düzələn şey deyil bu.
Bu qurumlar maliyyə çatışmazlığı üzündən işçilırin çoxunu çıxartmalı olacaq. Bu isə mühafizəni daha da zəiflədəcək.
Sənəd Nazirliyin daxili sənədi olduğuna görə imzasız elektron göndərilib.
Bu niyyətin qarşısını vaxtında ala bilməsək, kütləvi ağac kəsilmələri qaçılmaz olacaq.
Bütün meşəçilər ekologiya işçiləri buna qarşı çıxsa da Muxtar Babayev çoxdan səsləndirdiyi bu ideyanı artıq reallaşdırmağa çalışır.
Muxtar Babayevi bir bazara ya sexə direktor qoysaydılar o da ürəklə çalışardı bizim də canımız qurtarardı".
Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Dia.az