Küçələri ticarət meydanına çeviriblər... - NARAZILIQ VAR!
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Patrul.az xəbər verir ki, hadisə Xətai rayonu Məzahir Rüstəmov küçəsində müşahidə olunub.
Belə ki, küçə ticarəti ilə məşğul olan şəxslər 54 BH 805 dövlət qeydiyyat nişanlı avtomobili yolun parklanma üçün nəzərdə tutulmuş hissəsində saxlayaraq avtomobilin arxa hissəsinə müxtəlif növ meyvə, tərəvəz düzməklə satışını təşkil edirlər.
Nəzərə alsaq ki, sözügedən satış yolun nəqliyyat vasitələrinin parklanması üçün nəzərdə tutulmuş hissəsində daimi olaraq icra olunur, bu o deməkdir ki, sürücülərin yolun həmin hissəsində parklanma etməsi mümkünsüz olacaq və alış-veriş etmək üçün həmin yerə yaxınlaşan şəxslər yolun hərəkət hissəsinə çıxmağa məcbur olduqları üçün həyatlarına təhlükə yaranmış olacaq.
Qeyd edək ki, bizim heç kimin qazancına müdaxilə etmək niyyətimiz yoxdur. Qanunlarla idarə olunan bir ölkədə yaşayırıq və hər kəs qanunlara əməl etməlidir.
Ümid edirik ki aidiyyatı qurumlar bu halı aradan qaldıracaqlar və bu ticarətlə məşğul olan sözügedən şəxslər də daha uyğun, heç kimə mane olmayan bir yerdə öz ticarətlərinə davam edəcəklər.