Axtarış...

Sumqayıtda bir çoxunun çörəyinə bais olan `Çörək Tofiq`... - İLGİNC İDDİALAR...

Bizim bir media olaraq məqsədimiz kimisə qaralamaq, kiminsə əməllərinə kölgə salmaq deyil. Biz istəyirik ki, hər şey olduğu kimi, rəhmətlik Mirzə Ələkbər Sabir demişkən, “Düzü düz, əyrini əyri yazaq”, yəni tarixi saxtalaşdırmayaq. O cümlədən də “Çörək Tofiq” deyilən şəxslə də zərrə qədər şəxsi problemimiz yoxdur.
Oxucuya aydınlıq gəlməsi üçün qeyd edək ki, camaat arasında “Çörək Tofiq” kimi tanınan, əslən Qubadlı rayonundan olan Tofiq 1982-ci ildə Sumqayıt çörək-qənnadı kombinatında sex rəisi işləyib və... Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə, yəni 1992-ci ildə bu müəssisənin bazasında səhmdar cəmiyyəti yaradaraq saxta yolla sədr seçilib. Məhz Sumqayıt cəbhəçilərinin köməyi ilə.
Fikir verdinizmi, bu adam heç kombinatın direktoru da işləməyib, sadəcə sex rəisi olub, amma bir neçə il sonra Sumqayıt boyda şəhərin çörək kombinatını ələ keçirib, guya səhmdar cəmiyyət yaradıb-filan..
Təsəvvür edirsiniz, 1992-ci ildə hələ özəlləşdirməyə start verilməmişdi, amma Çörək Tofiq tələm-tələsik cəbhəçilərin əli ilə dövlət mülkiyyətini ələ keçirdi.
Bir az tarixə ekskurs etsək, “Çörək Tofiq”in əsl kimliyini bilə bilərik. Deməli, Ulu Öndər 2003-cü ildə Sumqayıtda keçirdiyi müşavirədə demişdir ki, Sumqayıtda özəlləşdirmədə ciddi problemlər olub...
Sözümüzün canı odur ki, bu adam o boyda çörək kombinatını zəhmətlə qazanmayıb, sadəcə ələ keçirib. İndi hər yerdə halallıqdan danışır... Bu hələ harasıdır..? Normal təhsili, savadı olmayan Tofiq Hüseynli 2000-ci ildə 40 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat seçilmiş və II çağırış Milli Məclisin üzvü olmuşdur.
Sözün düzü, belə bir adamın deputat olması özü bir möcüzə idi və növbəti seçkidə seçicilər onu baykot etdilər. “Çörək Tofiq” hər yerdə deyir ki, 1993-cü ildə Qubadlılar qaçqın düşəndə hamısına iş vermişəm, çörək vermişəm və s. Birincisi, adam verdiyini deməz, ikincisi, sən çörək verən idinsə, kombinatın işçilərini niyə çörəksiz qoyurdun..? Biz hələ Tofiq Hüseynlinin Sumqayıtda çörək satışını inhisara almasından danışmırıq. Bu adam Bakıdan gətirilən çörəklərə qadağa qoyub. Adama deyərlər ki, sən kimsən, nəçisən inhisar yaradırsan..?
Yuxarıda qeyd etdiyimiz kimi Ulu Öndər 2003-cü ildə Sumqayıtdakı müşavirədə Tofiq kimilərin yaxşıca dərsini vermişdi. Xatırlatma üçün qeyd edək ki, həmin müşavirədə Sumqayıtın o zamankı deputatları Tofiq Hüseyli, Xıdır Alovlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Təvəkkül Məmmədov, “Azərkimya”nın rəhbəri Fikrət Sadıqov, iş adamı Zaman İsgəndərov da iştirak edirdi. Ulu Öndər çıxışında qeyd edirdi ki, bizə Təvəkkül Məmmədov haqqında anonim məktublar daxil oldu. Nə bilim, o pis işləyir, vəzifəsini icra edə bilmir, haradasa gedib katibəsinin toyunda kefli olubdur, neyləyibdir.
Bəli, digər tərəfdən, guya o, narkotik qəbul edir, nəşə çəkir və s. Sonra Ulu Öndər qeyd edir… Mənə deyiblər, Sumqayıtda bir neçə qrup var, onların əlində böyük kapital var. Onlardan biri Fikrətdir, biri Tofiq Hüseynlidir, bir neçə başqaları da var. Zaman var. Deyirlər ki, Sumqayıtın bir hissəsini Tofiq Hüseynli özəlləşdiribdir. Başqa bir hissəsini Zaman İskəndərov özəlləşdiribdir… Tofiq Hüseynlinin bir dəstə qohumu işləyir. Bir dəstə də Zaman İskəndərovun qohumu işləyir və başqalarının qohumları işləyir. Başqa adamlara yer yoxdur! Bunların həm biznesdə böyük imkanları var, həm də böyük vəzifədədirlər.
Fikir verdinizmi, Ulu Öndər təkrar-təkrar Tofiq Hüseynlinin adını çəkir, onun neqativ əməllərindən danışır… Amma bu gün Tofiq Hüseynli özünə “Çörək Tofiq” ləqəbi götürüb, özünü hacı Zeynalabdin Tağıyevin davamçısı hesab edir və s. Ancaq tanıyanlar Tofiq Hüseynlinin kim olduğunu, hansı əməllərə sahib olduğunu gözəl bilirlər. Biz də deyirik ki, xalqın gözü tərəzidir, “Çörək Tofiq”, sənin çəkini əla bilirlər. Qanunlarımız da yaxın zamanda sənə tətbiq olunacaq... //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz