Axtarış...

TƏBİB-lə “Azəriqaz” arasında MƏHKƏMƏ ÇƏKİŞMƏSİ – Nə baş VERİR?



“Azəriqaz” İstehsalat Birliyi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə şikayət olunub.

TƏBİB-ə daxil olan Xızı rayonu Mərkəzi Xəstəxanası məhkəmədə şikayətçi tərəf kimi çıxış edir.

Belə ki, xəstəxana dövlət qurumunu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edir.

İddiaçı bildirir ki, “Azəriqaz”la aralarında bağlanmış müqavilə əsasında bir sıra öhdəliklər yaranıb. Amma qarşı tərəf müqavilədə qeyd olunmuş bəzi öhdəliklərə əməl etməyib.

Xəstəxanadan verilən məlumata görə, bunlar istehlak edilmiş təbii qazın haqqının ödənilməsi ilə bağlıdır.

Qeyd edək ki, proses artıq Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib. Hazırlıq nəhkəməsinin nə vaxt keçiriləcəyi isə hələlik bəlli deyil.

Mövzu ilə bağlı adıçəkilən qurumların da mövqeyini dərc etməyə hazırıq. //Bizim.Media//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz