Məlum olduğu kimi, məşhur "Clear" hotelin sabibi kimi tanınan Fəxrəddin Feyziyevə qarşı 2 milyondan çox dələduzluqda ittiham olunan Elşən İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması 3 ay əvvəl yekunlaşdı. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda oxunan hökmə əsasən, Elşən İsmayılov xeyli miqdarda ziyan vurmaqla dələduz etməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edildi. E.İsmayılov təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir.
İttihamda deyilir ki, Elşən İsmayılov Fəxrəddin Feyziyevə Dubayda iş quracağı vədi verərək ondan 2.3 milyon manat alıb. O, sonradan vədinə əməl etməyib. Bundan başqa E.İsmayılov başqa bir şəxsə də eyni vəd verərək 1,5 milyon manat ələ keçirib.
Elşən İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, mediada yayılmış məlumatlara görə, Fəxrəddin Feyziyev və qardaşı Fikrət Feyziyev Bakıda “Clear” və “İron” hotellərin sahibi olublar. Qardaşlar 90-cı illərdə İrana qırmızı civə satışını həyata keçirməklə yüksək gəlir əldə ediblər. Onlar 20 il əvvəl MTN tərəfindən tutulub, lakin qısa müddətdə azadlığa buraxılıblar.
Hər dəfə Bakıda keçiriləcək beynəlxalq miqyaslı tədbirlər başlamazdan əvvəl paytaxtdakı otel və restoranların əcnəbi qonaqları qarşılamağa nə dərəcədə hazır olduğu barədə təsəvvürləri dəqiqləşdirmək üçün aparılan monitorinqlər göstərir ki, Binəqədi r-nu, Dərnəgül qəsəbəsi-108 ünvanda yerləşən “Clear Hotel” turistlərdə ölkəmiz barədə mənfi təəssürat formalaşdıracaq. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dörd ulduz kateqoriyası, müvafiq icazə sənədi, yəni lisenziya verilən “Clear” hoteli Nazirliyin müəyyən etdiyi standartlardan kənar fəaliyyət göstərir. Yüksək rütbəli şəxs (və ya şəxslər) tərəfindən himayə edildiyi heç kimdə şübhə doğurmayan bu hotel yüngül həyat tərzi keçirən xanımlar üçün ən təhlükəsiz fəaliyyət məkanına çevrilib.
Oteldə qiymətlər otaqların şərait və səviyyəsinə görə dəyişir. Ən ucuz otağın bir günlük qiyməti 60 manatdan başlayır. Qiymətə yalnız səhər yeməyi daxildir. Müştəri hoteldə 3, yaxud 4 saat qalmaq istəyirsə, yenə eyni məbləği ödəməlidir. Lüks otaqların bir gecəlik qiyməti isə 120 manatdan başlayır. Hotelin müştəriləri adətən qızları özləri ilə gətirirlər. Buna baxmayaraq, əxlaqsızlıq yuvasına çevrilən obyektin bəzi işçiləri müştərilərə zakazla qız gətirə bilirlər. Gün ərzində yüzlərlə müştərinin gəldiyi bu obyektin sahibi qadın alverindən külli miqdarda gəlir əldə etsə də, həmin vəsaitlərdən dövlətə doğru-dürüst vergi ödəhildiyinin düşünmək sadəlövhlük olardı. Amma nədənsə hoteldə mövcud olan vergidən yayınma hallarına aidiyyəti qurumlar tərəfindən göz yumulur. Əks halda, Feyziyevlərin üzünü Dubaya çevirən milyonları olmazdı.
“Clear”-ın fəaliyyətini heç bir müdaxilə olmadan davam etdirməsi həm fahişəliyə qurşanan qadınların sayının artmasına, həm də subay gənclərimizin mənəviyyatının pozulmasına gətirib çıxarır. Həyat yoldaşından ayrılan və ya əri ölən xanımların da çoxunun əyri yola düşmələri məhz bu oteldən başlayıb.
Burada Azərbaycanın əyalətlərindən gənc qızların cinsi istismara cəlb edildiyi, hətta Gürcüstandan saxta pasportla erməni fahişələrinin sifarişlə gətirildiyi barədə söz gəzirdi ki, bu da araşdırılması vacib məsələlərdəndir. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra isə bu öplkələrədn qaçıb Azərbaycana gələn qadınların “Clear”da xidmət göstərdikləri deyilir.
Otelin sahibkarları Fikrət və Fəxrəddin qardaşlarının isə kriminal aləmlə sıx bağlılıqları haqda kifayət qədər məlumatlar vardır. Onların adı hətta bir ara uran (atom enerjisinin hasil edildiyi kimyəvi maddə) alverində də hallanırdı. Oteldə müşətrilərin və onlara xidmət göstərənlərin təhlükəsizliyinin təmininə o qədər zəmanət verilir ki, hətta vəzifəli şəxslər də “dincəlmək” üçün çox vaxt məhz buranı seçirlər. 2012-ci ilin oktyabrında polisin keçirdiyi reyd zamanı burada yaxalananlar arasında məmurlar da vardı. Lakin konfidensiallıq xatirinə onların haqqında məlumatlar qorundu. Təəssüf ki, o reyd axırıncı oldu.
İbrahim Hümbətov //azeinfo.info//