Axtarış...

Rusiyanın yardımı niyə iki gündür Xankəndiyə çatdırılmır? - Bərdədə gözləyən yük...



Rusiyanın Xankəndidəki ermənilər üçün göndərdiyi humanitar yardım hələ də yolda gözləyir.

Artıq ikinci gündür ki, Bərdə şəhərində gözləyən ərzaq dolu yük avtomobili ötən gün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi. Keçidinin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. Onlar nə Rusiyanın, nə də Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımını qəbul edirlər. Digər məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində belə vəziyyət yaranıb.

Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə bir TIR ərzaq yükü göndərilib.

Nə baş verir? Yardım nə üçün ünvana çatmır?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Rusiya tərəfindən göndərilən yükləri separatçılar tərəfindən qəbul edilməməsi və Beynəlxalq Qızıl Xaç Komitəsinin regional proseslərə müdaxiləsi yeni çağrışıları formalaşdırır:

“Beynəlxalq Qızıl Xaç Komitəsi son illər ərzində xüsusilə reinteqrasiya proseslərinə də müdaxilə edir və bunun qarşısını alır. Həmçinin, qaçaqmalçılıq cəhdləri müəyyən olunur. Üstəlik, Beynəlxalq Qızıl Xaç Komitəsi Qərbin sifarişlərini yerinə yetirən bir humanitar təşkilat kimi özünü göstərir. Bu, tamamilə yolverilməzdir və Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Qərbin Rusiyaya etdiyi təzyiqlərdə də Beynəlxalq Qızıl Xaç Komitəsini görməkdəyik. Bu isə Rusiya-Ukrayna müharibəsi fonunda baş verən proseslər kimi dəyərləndirilə bilər”.

Politoloq vurğulayıb ki, istənilən halda Azərbaycan daxili yollarında öz yurisdiksiyasında sərbəst qərar vermək üstünlüyünə malikdir:

“Məhz Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə yüklərin göndərilməsi Azərbaycanın siyasi iradəsinə söykənir. Bu, rəsmi Bakının prinsipial mövqeyidir. Burada hansısa təşviqedici fəaliyyət və məhdudlaşdırıcı tədbirlər də yolverilməzdir. Əlbəttə ki, bütün bunlar təhdid kimi qiymətləndirilir. Çox adekvat sürətdə onların aradan qaldırılmasına ehtiyac var. Xüsusilə Beynəlxalq Qızıl Xaç Komitəsinin destruktiv fəaliyyətinə son qoyulmalıdır. Eyni zamanda, Qərbin dəstəyinə arxalanan Ermənistan da Azərbaycanın daxili işlərinə qarışmamalıdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz