Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun "Maşın və avadınlıqların satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.
Tenderin qalibi "İNTEGRAL PLUS" MMC olub. Tərəflər arasında 198.978,68 AZN-lik müqaviləyə imza atılacaq.
Müqaviləyə əsasən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu Dron - KVADROKOPTER, Robot-tozsoran, "Wireless Microphone" (simsiz mikrafon), Mikrodalğalı sobası, Əl qurudan, Su borularına qoşulan ani elektrik su quzdırıcısı və.s ilə təmin olunacaq.
Bildirək ki, "İNTEGRAL PLUS" MMC-nin nizamanmə kapitalı 100 AZN, qanuni təmsilçi ROYAL BAYRAMOV ƏLÖVSƏT OĞLUdur.
Xatırladaq ki, AMEA prezidenti, akademik İsa Həbibbəylidir.
Rasim Əliquliyev isə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktorudur.32gun.az