Axtarış...

Seyidov inqilabı, Qafarov rəzaləti: Penitensiar xidmətdə nə baş verir? - İLGİNC İDDİALAR...

Seyidov inqilabı, Qafarov rəzaləti: Penitensiar xidmətdə nə baş verir? - İLGİNC İDDİALAR...


Şübhəsiz, son vaxtlar ictimai həyatımızda baş verən yeniliklər, ölkə başçısı tərəfindən atılan islahatçı addımlar təqdir olunası haldır. Düzdü, bəzi sahələrdə durğunluq, inkişafa meyllilikdən kənarçıxmalar müşahidə olunsa da, ümumilikdə müsbət məqamlar çoxluq təşkil edir.

Bir müddət öncə Penitensiar xidmətin rəisi, rəhbərlik etdiyi sahədə heç bir uğura imza ata bilməyən C.Həsənovun vəzifəsindən kənarlaşdırılması çoxunun ürəyindən xəbər verdi. Onun yerinə reputasiyası zədələnməyən, ədliyyə sistemində müsbət imic sahibi olan Mirsaleh Seyidovun gətirilməsini növbəti mütərəqqi addım saymaq olar. Məhkumların Müdafiəsi İctimai Birliyinin sosial şəbəkə hesablarından cumhuriyyet.az-a daxil olan bilgiyə görə, ötən zaman kəsiyində bir neçə dustaq hüquqi prosedurlara uyğun olaraq cəzalarının çəkilməmiş hissələrindən azad olunmuş və bu proses çox şəffaf həyata keçirilmişdir…

Amma, başqa bir məqam, daha doğrusu, Penitensiar xidmətin Əməliyyat-Rejim idarəsinə Fikrət Qafarovun təyinatı cəmiyyətdə böyük narazılığa səbəb olub. Vaxtilə işlədiyi cəzaçəkmə müəssisələrində “qaniçən”, “qanqster”, “cəllad” kimi ad çıxaran birinin mühüm vəzifəyə gətirilməsi birmənalı qarşılanmadı. Təsadüfi deyil ki, ölkə mediasında Qafarovun dustaqlara qarşı hüquqa zidd əməlləri, onlarla qeyri-insani rəftarı haqda kifayət qədər məlumatlar dərc olunub və dərc olunmaqda davam edir. Təəssüf, adamın inanmağı gəlmir ki, humanist, qanunlara hörmətlə yanaşan M.Seyidovun rəhbərliyi altında Qafarov kimi “cəllad” hələ də özünü “Bağdadın kor xəlifəsi” hiss edir. Ən qəribəsi isə odu ki, nazir Fikrət Məmmədov Qafarovun əməllərinə görməzdən gəlir və istər-istəməz adamı fikir götürür: əcəba, görəsən Əməliyyat-Rejim rəisini Ədliyyənin şefinə hansı tellər bağlayır ki, onun nazıyla bu qədər oynayır?

Məntəqə cəzaçəkmə müəssisələrində Qafarov kimilərin kölgəsinə sığınan Ədliyyə polkovniki Nurəli Eyvazov kimilər da bu gün meydan sulayır. Dustaqlara qarşı ədalətsiz davranan, onların hissləri ilə oynayan eyvazovlar üçün Qafarovun Əməliyyat-Rejim idarəsinə rəhbər gətirilməsi sanki göydəndüşmədir. Amma qanunun da üzü sərtdir. İnanırıq ki, qafarovlar, eyvazovlar çox keçməz, bu sərt üzlə üz-üzə gələrlər. Onda isə gec olacaq, çox gec…
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz